Saxlanılan inanclılar: İttihamlar, vədlər və hədələr: Bəs əsil həqiqət necədir?

2-ci, sonuncu hissə.
 
Maddi çətinliyin səbəbləri
Ailələrin manipulyasiya olunan maddi çətinliyi bu işdə əsas amil sayıla bilər. Həqiqətdə çox geniş müzakirə tələb edən bu mövzu ilk olaraq inanclılarda qapalı ailə durumunda yalnız evin kişisinin qazanc sahibi olma səbəbi olduğu üçün həbsi ailədə ciddi böhran yaradacağı şübhəsizdir. Bu nöqtədə lazımı hüquqi yardımın əldə edilə bilməməsi, son dövrlər hüquqi yardımın ödəniş baxımında yüksəldilməsi bu imkanlardan istifadənin ən çətin tərəflərindəndir. Hüququ onu həbs edən hakimiyyət tərəfindən qorunan bir şəxsin bu istiqamətdə hansı nəticələrə gələ bilməsini təxmin etmək isə çətin deyil. Bundan əlavə olaraq “qulaqburma” formasında istifadə edilən həbslərin ailədəki maddi böhran gələcək üçün də hakim qüvvələrin sığorta xətti olaraq bu işin təkrarlanma riskini sıfıra endirir. Bütün bunları çox məharətlə istifadə edən tərəf həbs həyatının hansı acı nəticələr gətirməsini ailələrə aşılamaqla lazımı sarsıntı rolunda əvəzsiz xidmət göstərə bilir.
Dəllalıq sifarişli məhkəmələr xaric əksəriyyətində böyük xidmət göstərən vəkil xidmətlərinə hakim və məhkumun ailəsi arasında danışıq vasitəçi rolunu oynamasıdır. Vəkillərin (əlbəttə hamısı yox) dəllalıqla hakim və məhkum arasında oynadığı rol ailələrin nə qədər səriştəsiz, qorxu və həyəcanlı olmasına bağlıdır. Bunun üçün o, ilk növbədə ailələrə anlatmalıdır ki, o bu işi ona canı yandığı üçün xüsusi bir risk altında gerçəkləşdirir. Buna görə də o, bu barədə məlumatı ciddi olaraq qorumalıdır. Əgər məlumat hər hansı bir an da sızıntıya uğrayarsa məhkəmə gedişi əlində olacaq hakim onun övladını (qardaşı və ya həyat yoldaşını) bağışlamayacaq. Onda cəza amansız olacaq deyə o bu məlumatı gizlətməlidir.
Mələk cildində olan bəzi vəkillərin güya ailəyə canı yanan ilk işi kimi görünən bu presedur artıq dəfələrlə təkrarlanıb. Buna nümunə üçün son dövrlər məhkəmə işi ilə bağlı bir nöqtə misal göstərilə bilər. İş əvvəldən dövlət ittihamçılarına təqdim olunanda onun hansı həddə olması əks olunur. Müstəntiq bu işin işıq yollarını bilir. Buna görə də əgər qazanc mümkündürsə, o, əvvəlcədən ittiham olunan şəxsin ailəsini və özünü işin necə ciddi olması ilə qorxuzmalıdır. Hətta bir az da irəli gedib vətənə xəyanətlə əlaqəli məşhur ilahiyyatçılardan kimi isə misal üçün ona göstərib bu işdə mövcud gərginliyi artırmalıdır.
Nəticə arzulanan həddə yüksələndə o, ittiham maddəsinin yazılması, dəyişdirilməsi üçün isti-isti görülən işin qiymətini açıqlayır. Yazıq ailələrin xəbərsiz olduğu maddə ödəniş müqabilində güya dəyişdirilirmiş kimi öz formasını dəyişib ailənin istədiyi formaya düşür. Bu iş əgər istintaq dövrü üçün mümkünsüz görünsə-hansı ki, layihə yalnız məhkəmə hakimiyyətinin qılıncı altından keçməlidirsə-belə olan halda vəkillərin parlaq qələmləri işə düşəcək. Güya məhkəmə dövründə dəyişdirilən madələri onlar təşkil edirlərmiş kimi, “hakimin boğazı fermanın yağı ilə” isladıldıqdan sonra misal göstərilən ağır maddə, digər misal göstərilən yüngül maddə ilə dəyişdirilmə vədəsini alır.
Həqiqətdə bütün bunlar praktikada vəkili olmayan şəxslərin də eynisi ilə üzləşməsini göstərib. Lakin birdən olmaz təhlükəsi ilə ailələr vəkillərin də qidalandığı dəllallıq oyununa çox asan qurban ola bilirlər.
Qorxu və hədə altında susmağa məcbur edilmə
Ən çox müşahidə edilən saxtakarlıq ailələrin susmağa məcbur edilən hədə ilə üzləşmələridir. Bu günün polis rejminin yaratdığı qorxu mühiti saf ailələri üzləşdiyi ən böyük problemlərdəndir.
a) Danışma, yoxsa acığa düşüb əlavə maddələr qoya bilərlər.
b) Sus! Bəhanə axtarırlar ki, digər ailə üzvülərini də həbs edələr. Onsuzda tutulan tutulub, digərlərini bu oyuna qurban vermək düzgün deyil.
c) Filan dindarın ailəsi danışdıqdan sonra oğlanlarına elə işgəncə veriblər ki, yazıq hələ də komadadır.
d) Mediaya əsla yaxın buraxma. Buraxılma ehtimalı çoxdur. Bu qədər dindarların hamısını həbsə salmayacaqlar ki? Heç kəsə demə, bu yaxınlarda çoxunu buraxacaqlar. Sənin oğlunda bu sıradadır.
Yüzlərcə bu və bu kimi qorxu, təzyiq və hədə dolu etirazlar həbs olunanların ailəsi tərəfindən yumşaq və sərt formada qarşılaşdıqları olaylardır. Üzücü hal budur ki, belə fikirlər çox zaman dövlət işçilərinin diqtəsi ilə gerçəkləşsə də, bəzən bu içimizə sızan dost simalı əqrəblərin əli ilə icra edilir. Hər bir halı ilə, nəticə çox zaman hakimiyyətin həbs siyasətinə hesablanmış dağıdıcılıq, ümidsizlik və qorxu mühitinin hakim olmasına hesablanır.
Məmurların yaratdığı azadlıq illuziyası
Yumşaq və qayğı dolu səslənən bəzi sətirlər ümisdizlik girdabında boğulan insanlarını düz ruhi səviyyəsinə hesablanıb. Bu bir doğma ailə üzvünün söylədiyi sətirlərdən daha mülayimdir. Bütün vücudu ilə sənə yanan insanların bu acını paylaşmaqla yanaşı, bu işdə bir məhəbbət mənbəyi olaraq alışmasıdır. “İşin detallarına qədər baxdım, orada heç bir şey yoxdur. Oğlunla danışdım, maşallah sənə mələk kimi uşaq tərbiyə etmisən. Mənə yuxarıdan xəbər veriblər ki, belə uşaqların yaxın zamanda kütləvi azadlığı olacaq. Dindirilən zaman görürlər ki, onların itiham aktında qeyd olunanlarla heç bir əlaqəsi yoxdur. Buraxacaqlar, əmin ol, lap bir iki günə...” Artıq bu kimi şirin nağıllar günümüzdə o qədər çoxdur ki, bunun necə və hansı formada icrası ilə bağlı fikir söyləməyə ehtiyac yoxdur. Bəzən bu mövzu “özüm gördüm üç gün öncə 4 nəfəri buraxdılar, gördülər günahsızdır” kimi yalançı sübutları da ortaya atır.
Məsələnin acı tərəfi buna inanan şəxslərin böyük əksəriyyəti sonradan peşimançılığını dilə gətirəndə ona vədə verən şəxsin elə oğlunu tutan polis işçisinin olmasıdır. Ailələrin ümidsizliyindən istifadə edən bu daş ürəklilər yalançı illuziya yaratmaqla ailələrin susma amili, hadisənin gizlətmə səbəbi, valideynlərin yalançı xəyal aləmində böyük bir sarsıntı səbəbkarı olaraq bu işi icra edirlər. Əlbəttə, bu nöqtədə saf ailələr də diqqətli və daha məntiqli olmalıdırlar ki, mövcud sarsıntı, aldadılma və sonradan heç bir şeyin dəyişmə şansı olmayan oyunun qurbanı olmasınlar.
Bəs həqiqət necədir? Biz bu oyunların qurbanı olmamaq üçün nə etməliyik?