Rusiya Azərbaycana qaz tədarükünü artırır

Rusiya Federasiyası Azərbaycanın daxili istehlakı üçün qaz tədarükünü artırmaq barədə Bakıyla razılığa gəlib.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirin müavini Aleksandr Novak TASS-a açıqlamasında deyib.

“Azərbaycanla bizim tədarükü artırmaqla bağlı razılaşmamız var, çünki onlarda hələ də qaz qıtlığı var", - Novak deyib. 

Onun sözlərinə görə, Azərbaycanda qaz hasilatının artırılmasından sonra onunla svop  əməliyyatlarını müzakirə etmək mümkün olacaq.

Bundan əvvəl Novak bildirmişdi ki, Rusiya Qazaxıstan və Özbəkistan rəsmiləriylə ilə bu ölkələrin daxili bazarlarına qaz tədarükünü artırmaq üçün danışıqlar aparır.