Qaranlıqdan nura (3-cü, sonuncu hissə)

Fələstin savaşının bəlkə də dünyanı narahat, gücləri həyəcanlandıran tərəfi bu oldu ki, artıq illərdir aparılan böyük işlər, təsir dairəsi, idarə gücü təhlükə ilə üzləşdi. Yaradılan və qorunan qalanın divarları çat verməklə bütün vəziyyət yenidən masa üzərinə qayıdır, həm də bu dəfə əks tərəfin xeyrinə olaraq.
HƏMAS-ın sözün həqiqi mənasıda gözlənilməz hücumu Qəzza zolağında partlayan nüvə silahının təsiri olaraq dünyanı belə dolaşacağı heç kəsin ağlına gəlməzdi. Kiçik, blokada şəritində və tam təcrid olaraq adi su ehtiyatları İsrailin razılığı ilə ödənilən Qəzza birdən birə dünya səhnəsində həqiqi İslamın gizlədilən simasını aşkara çıxardı. Bu əsarət deyil, az sayın mücadiləsi, əqidənin şərt olduğu, azadlıq fatehlərinin ölüm üzərində qələbə əsəri olaraq dünyaya İslamı olduğu kimi göstərmə mücadiləsi idi.
Qəzza fikirdən sözə, özünəinamın reallıqda bariz nümunəsi olan bir nöqtədən başlanan addım oldu. Elə bir addım ki, ilk öncə dünya güclərinin böyük enerji sərf edərək məzhəbi müharibə düşüncəsini dağıdaraq haqq və batil savaşını ortaya qoydu. Heç təsadüfi deyil ki, bu gün Livanda Hizbullahın, Yəməndə Hüsilərin, İraqda Həşdu-Şabi də daxil olmaqla neçə-neçə şiə hərəkatının, Suriyada ona yaxın əqidə müdafiəçilərinin bu savaşda dəstəyi qarşı tərəfin narahatlıq və qorxu səbəbi olaraq dəyərləndirilməli idi. İslam bu dəfə onların təsirləri ilə terror və ya dağıdıcılıq ünsürü deyil, mübarizə və mücadilə bayrağı ilə öz həqiqətini tərənnüm edirdi. Əsarətə boyun əymədə illuziya yaradılan güclərin həqiqəti önündə İlahi güc dünyada yeni bir eranın, İslam erasının mövcudluğundan xəbər verirdi.
Digər məsələ isə müsəlman yox, müsəlmanlar digər din qardaşlarının əzilən hüququ üçün bir yumruq olmağı bacarmışdılar. Bunun üçün mal, can və ailələri hədəfə alınan bu mübariz insanlar "dünyanı güclər yox, dəyərlilər idarə etməlidir" məntiqi ilə ayağa qalxaraq bunu bütün İslam ümmətinin bacara biləcəyinə real göstərici idilər. Əsarətdə əzilən müsəlman ölkələrinə əməli çağırış mesajı verən bu mücadilə birlik və bərabərliklə yanaşı, izzət və şərəf duruşu nümayiş etdirirdi.
Güclərin İslam ümmətinə yaxınlaşma cəhdlərinin qarşısını alan bir çox layihələrin çöküntüsü ilə paralel bu güclərin həqiqi gücünün şişirildiyi qədər sonsuz və əzəmətli olmaması demək idi. Əgər sözün əsl mənasında 6 günlük müharibədə 3 ərəb ölkəsinin torpağını işğal edən və 80 ildir ki, Fələstini qarış-qarış qəsb edən İsrail bu qədər zəifdirsə, məlum məsələdir ki, burada çiynində əllər olan xəyanətkar rəhbərlərin də müstəsna rolu az deyil və növbəti mərhələdə onların da bu nöqtəyə çəkiləcəyi qaçılmaz olacaqdır.

Artıq bir neçə yüz illikləri dolaşan İslamın siyasi, hərbi, əqidəvi və sistemli mövcudluğuna kölgə salanlar bu savaşda ən çətin durumdadırlar. Bu modeldir! Başında ruhaninin durduğu insanlığı Rəbbin razılığına yönəldən həqiqi sima. O, dini təkcə namaz və orucun şəkkiyyatında deyil, zülmün başını əzərək insanlara nicat verməkdə bilir. Bu, zamanla seçilən peyğəmbərlərin xətt və üslubunun ruhunu əsarətə salan İslam ümmətinə qaytaran qüdrətli düşüncə və həqiqi xəttdir. Biz bir əqidəyə, bir dinə və bir hədəfə malik ümmətik. Vaxt yetişib. Biz indi bir qol, bir güc və bir zəfərə imza atmalıyıq. Elə bir zəfərə ki, onun bayrağı ədalətin məsim küləyi ilə əsməlidir.

 

MBH