Qaranlıqdan nura (2-ci hissə)

90-cı illər istismar olunan və təbii sərvətləri sayəsində elə özləri əsarətdə saxlanılan müsəlman ölkələrində qarşıdurmalar aktivləşməyə başladı. Fələstində azadlıq hərəkatları, Kəşmir xalqının hüquqlarının tələbi, Əfqanıstanda Taliban, Yəməndə Hüsilər, Bəhreyn, Yəmən İraq və sair ölkələrdə baş qaldıran etirazlar tezliklə dondurulmuş və ya dəyişdirilməyə ciddi cəhd göstərilən İslamın idarəçilik gücünü yenidən ortaya qoymağa başladı. Bu sırada Türkiyədə daxil olmaqla keçmiş sovet ölkələrində İslamın oyanış addımları tam yeni bir dünyanın quruluş səslərindən xəbər gətirirdi. Təsadüfi deyildi ki, Hindistanda Kəşmir, Çində Uyğur, Borsniyada və Hersaqaviniyada borsniyalılar kimi müsəlmanların təzyiq altına alınması bu prosseslərdə bir neçə nöqtəni hədəfləyirdi.
Müsəlmanlar qorxu və təzyiq altında öz gücünün nə qədər böyük olmasını hiss belə etməməli idi. Hər bir müsəlman yalnız çalışmalı, onun ayağı altında olan təbii sərvətlərin ona veriləcəyi qədərinə razılaşmalı idi. Bütün müsəlman ölkələrə qul və əsarət zəncirini boynuna asan rəhbərlər hakim olmalı, heç bir müsəlman xalq diqər xalqların varlığını diqqətə almamalı idi. İslam müsəlmanın əyninə ölçülmüş ibadi din olaraq dərk edilməli və heç bir müsəlman bundan kənara çıxmamalı idi.
Bu sırada saysız müddəalar hər ölkənin adət və dəyərlərinə uyğunlaşdırılaraq tətbiq olunurdu. Əgər hansısa hakimiyyətlər bu sırada arzulanmaz qərar verərlərsə planlanan “xalq hərəkatları”, məxmərək inqilab kimi daxili güclər sayəsində rəhbərliyi devrilməli, ortadan qaldırmalı idi.
Şübhəsiz bu həqiqi, bir zamanlar Ərəbistan coğrafiyasında formalaşan İslamın ruhundan xəbərsiz bir din olaraq formalaşdırırlırdı. Dövrü mətbuatın yaratdığı yalançı dəyərlər illuziyası isə insanlıq üçün sonsuz əhəmiyyət daşıyan bu dini arxa, olduqca arxa plana çəkməyə davam edirdi. O günə qədər ki...
Dünyanın dini nifrət nöqtəsinə çəkən güclərin az qala bütün çoxluğunda bu gün İslam təsir gücünü genişləndirir. Bu da yəqindir ki, hal hazırda Avropanı sürətlə qoynuna alan islamlaşma bir həqiqi təkana ehtiyaclıdır ki, təqdimatla insanlarda yanlış düşüncə formalaşdırılan həqiqi İslamı ortaya qoysun. Bunun üçün bəzən tərəflər müxtəlif qadağalar düşünsə də sonunda bu məsələnin nöqtəsini qoyacaq, onu Öz müqəddəs kitabında vədələdiyi kimi dünyaya hakim edəcəyi Varlıq yeni bir düzənə “ol” deyəcəkdir.
Formalaşdırılan İslam, idarəçilik baxımından xüsusi əhəmiyyət daşıyan güclər təsir qüvvələri altında ruhsuz, şəkli olan bir din yaratsa da, birmənalı bir gün bu şəklin ruhlanma halını da təkzib etmirlər. “Aldadıcı İslam modeli” heç çübhəsiz tam olaraq da yanlış bir forma demək deyil. Əgər o mütləq təhrif olunan vəziyyət alarsa, bu qarşı tərəfi aldada və özünü ona hakim edə bilməsini əngəlləyəcək. Bunun üçün şübhəsiz qatqılı, planlı çalarlarla bəzədilmiş “İslam” hazırlanmalıdır ki, onun daxilində dinin həqiqəti də olsun. Bu forma alınmazsa uğurdan əsla söhbət gedə bilməz. Lakin bu öz növbəsində başqa bir təhlükəni də ortaya qoyur ki, əgər həqiqi İslam cəmiyyətdə olduğu kimi görünərsə, çox sürətli təsir yaradacaq. Yaranan təsir isə planlı oyunların ifşasına, təsirə salınmış şəxsləri potensial düşmən mövqeyinə gətirib çıxaracaq. Bunun üçün də İslam haqqında yanlışlıqlar, medianın kabus oyunu cəmiyyətin əsas təsir mexanizmi olaraq bütün gücünü səfərbər edirdi.
Öz imkanlarından xəbərsizlik, bacarıqlarının olmaması düşüncəsi, qüdrətin digər tərəfdə olması, onsuz mümkün olmama və sair bu kimi yanlış aşılamalar, öz əlində olan qiymətli neməti görmədən digərinin yalançı qiymətsizliyinə dəyər illuziyası bu istiqamətdə az təsirə malik deyildi. Nəticə tərkisilah olunmuş İslam, əsarətə salınmış, dəyişdirilməyə, daxili parçalanmaya yol açan boşluqlar bu gün İslam dünyasını çox qorxunc nöqtəyə qədər gətirib çıxardı. Bu nöqtə o qədər dəhşətlidir ki, milyard yarımdan artıq sayları olan müsəlmanların gözü önündə səksən il dəhşətli işgəncə görən, torpaqları əlindən alınan, səfalət içində boğulan və sonunda öldürülən fələstinlilərin haqq çağırışı hər kəs tərəfindən gözardına vuruldu.

 

(ardı var)
MBH