Növbəti əfv sərəncamında inanclıların yer alma ehtimalı varmı?

Yenə ağız sulandıran əfv sərəncamının gündəm məşğul edən paylaşımları, günahsız həbs olunan şəxslərin yaxınlarında ümid qığılcımı alışdırmağa başladı. Mayın sonuna Respublika Gününə nəzərdə tutulan sərəncam üçün sənəd müzakirələrinə artıq start verilib. Kimlərin əfvə düşmə ehtimalı və ya müraciətlər arasında yer alması yenə müzakirə predmetidir.
Məlumdur ki, əfvin ilk şərti həbs olunan şəxslərin artıq işinin bitməsi və onun cəzası müəyyən olunmasına bağlıdır. Bu isə öz növbəsində bunu söyləməyə əsas verir ki, son dövrlər saxlanılan, sayı 15-ə çatan media mənsublarının azadlığı söz mövzusu ola bilməz.
Digər məsələ isə, rəsmi dairələrdən gələrək bildirildi ki, bu sərəncam günahsız şərlənən inanclılara da şamil olması inandırıcı görünmür. Bu iki səbəbdən əsaslandırılır ki, bunlardan biri narkotik ittihamı ilə cəzaların bu il əfvə salınmaması iddiasıdır. Yəni əfv komissiyası karkotik ittihamı ilə həbs olunan şəxslərin sənədlərini müzakirəyə çıxarmayacaq. İkinci məqam isə hələ də inanclıların durmadan həbs olunması bunu söyləməyə əsas verir ki, bu layihə bitməmiş, təmizlənmə yekunlaşmamış hansısa inanclının azadlığa qovuşması o qədər də real görünmür.
Bunu ötən ilki əfv sərəncamında da görmək olardı. Təmizləmə siyasəti il ərzində davam edəcəkdi deyə, ötən ilki sərəncamda demək olar, inanclı yer almadı. Əvəzində il ərzində sayı mini ötdüyü inanclı həbsə atıldı ki, hələ də reperessiyanın sürməsi növbəti əfvdə də fərqli nəticələrin olmayacağı ehtimalını ortaya qoyur.
Burada elə ilk gündə inanclıların narkotiklərlə şərlənməsi də diqqətdən yayınmamalı idi. Siyasi bir nöqtə olaraq inanclıların (siyasi həbslərin) narkotiklə şərlənməsi onların buraxılmaması üçün mütləq bir səbəb olaraq hesablanması bu işdə amil oldu.
Nəticə olaraq təmizləmə siyasəti, inanclıların hədəfdə olma, həbs dalğasının narkotiklərlə şərlənərək həbsi bu ilin də aktual mövzusu olaraq qalacağı ehtimaldır. Buna görə də əfvin ümid qapısı olaraq üzünü günahsız inanclılara açması xəyalı sonradan acı bir iztiraba səbəb olmaması üçün bu nöqtədə təmkin nümayiş etdirmək daha doğru olardı.