İsrail ordusu gecə saatlarında Livanın cənubundakı yaşayış məntəqələrinə növbəti hücumlar təşkil edib.
Hücumlar çərçivəsində bir neçə qəsəbədə güclü partlayışlar törədilib və hava zərbələri endirilib.
Məlumata görə, Marjayun rayonunun Hula qəsəbəsində güclü partlayış baş verib. Eyni zamanda, İsrail qüvvələrinin Əl-Xiyam qəsəbəsində həyata keçirdiyi son dərəcə şiddətli partlayış bütün cənub bölgəsində hiss olunub. Oxşar partlayış əməliyyatı Tallusa qəsəbəsində də icra edilib.
Bundan əlavə, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubundakı Kəfr-Təbnit qəsəbəsini hədəf alaraq hava zərbəsi endirib.
İsrailin Livana hücumları davam edir