Dünyada internet azadlığı 15 ildir ardıcıl geriləyir. Kütləvi etirazların yatırdılması, senzuranın dərinləşməsi, azad sözə təhdidlər bu tənəzzülü körükləyir. "Freedom House" insan haqları təşkilatı noyabrın 13-də "Qlobal internetin qeyri-müəyyən gələcəyi" adlı hesabatında bildirir ki, indi internet əvvəlkindən daha çox nəzarətdədir və manipulyasiya edilir. 27 ölkədə onlayn hüquqlar pisləşib, cəmi 17-sində yaxşılaşma qeydə alınıb.
"Qlobal internet azadlığı 15 ildir ardıcıl geriləyir, avtoritar rejimlər etiraz səslərini susdurmaq üçün nəzarət və senzuranı daha da gücləndirirlər", – qurumun prezidenti Enni Boyacian belə deyir.
O, bu tendensiyanı önləməyin mümkün olduğunu, dünyanın müxtəlif yerlərində parlaq örnəklərin göründüyünü vurğulayıb.
"Aydındır ki, kritik mərhələyə çatmışıq, hökumətlər, özəl sektor internet azadlığını qorumaq üçün daha çox iş görməsə, bu geriləmə dayanmayacaq", – o əlavə edib.
Gürcüstan 4 bal itirib
Hesabat 2024-cü ilin iyunundan 2025-ci ilin mayınadək olan dövrü əhatə edir. İnterneti azad sayılan 18 ölkənin yarısında geriləmə müşahidə olunub. Bu ölkələrin yalnız ikisinin durumu yaxşılaşıb.
Gürcüstan internet azadlığının 100 ballıq şkalasından 4 bal itirməklə ən böyük düşüş yaşayıb. Ondan sonra Almaniya (-3) və ABŞ (-3) gəlir.
Çin və Myanma 9 balla dünyada internet azadlığının ən pis durumda olduğu ölkələri olaraq qalırlar.
Onlayn mühitin ən azad olduğu ölkə İslandiyadır (94). Ondan sonra 91 balla Estoniya gəlir.
Avtoritar liderlər nəzarəti gücləndirir
"Freedom House" bildirir ki, onlayn informasiyaya nəzarət rejimlərini möhkəmləndirməyə çalışan avtoritar liderlər üçün vacib alətə çevrilib. Son 15 ildə bu sahədə ən böyük geriləmə ilə üzləşən Misir, Pakistan, Rusiya, Türkiyə və Venesuelada hakim rejimlər hakimiyyətlərinə çağırışlara cavab olaraq onlayn mühit üzərində nəzarəti daha da gücləndiriblər.
Azərbaycan hesabatda 34 balla interneti qeyri-azad sayılan 22 ölkə sırasındadır. Qonşulardan Gürcüstanla Ermənistan "azad", digərləri "qeyri-azad" kateqoriyada yer alıb.
Hakimiyyət təmsilçiləri bu hesabata, hələlik, münasibət bildirməyiblər. Amma indiyədək "Freedom House" daxil beynəlxalq insan haqları qurumlarının tənqidlərini hakimiyyət qətiyyətlə rədd edib, ölkədə bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirib.
Dünyada internet azadlığı 15 ildir geriləyir