Ötən həftə Əl-Nusayrat Qaçqınlar Düşərgəsindəki vəhşi hücumda həyat yoldaşı və uşaqlarını itirən və ağır yaralanan Yəhya Sinvarın qardaşı Dr. Zəkəriyyə Sinvar şəhid olub.
İsrail rejimin Qəzzəyə qarşı davam edən vəhşi hücumları daha bir qaçqın düşərgəsində insanların həyatını itirməsinə səbəb olub. HƏMAS-ın tanınmış siması və tarix mütəxəssisi Yəhya Sinvarın qardaşı Dr. Zəkəriyyə Sinvar keçən həftə Əl-Nusayrat Qaçqınlar Düşərgəsində baş verən vəhşi hücumda ağır yaralanıb. Onun həyat yoldaşı və övladları da eyni hücumda şəhidlik dərəcəsinə yüksəliblər.
Sinvar xəstəxanada günlərlə həyat mübarizəsi apardıqdan sonra bu səhər Rəbbi ilə görüşüb. İslam əhli şəhid olaraq daha bir elm və amal sahibini itirib. Doktor Zəkəriyyə Sinvar təkcə akademik fəaliyyətinə görə deyil, müqavimətə verdiyi dəstəyə görə də fələstinlilərin qəlbində xüsusi yer tuturdu.
Sionist qəsbkarların hədəfində olan günahsız mülki əhalinin ağrıları ürək ağrıdan olsa da, Qəzzə xalqı səbir və müqavimətlə sağ qalmağa davam edir. Bir xalqın şərəf və ləyaqəti uğrunda bu mübarizədə həyatını itirənlər ümmətin şəhidlər karvanında öz yerlərini tuturlar.
Yəhya Sinvarın qardaşı Dr.Zəkəriyyə Sinvar şəhid olub