Fransada tətil dalğası böyüyür

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, yanvarın 31-də Fransada ümummilli tətillər ərəfəsində enerji sektorunun işçiləri pensiya islahatlarına etiraz olaraq elektrik stansiyalarında, neft emalı zavodlarında, limanlarda nümayiş keçiriblər. Bu etirazların bəziləri Baş Mədən və Enerji Federasiyasının çağırışı ilə davam edəcək. Bu departament tətillərə yanvarın 19-da başlayıb və mütəmadi olaraq müddətini uzadır.

Etirazların məqsədi çərşənbə axşamı ümummilli tətil üçün zəmin yaratmaqdır. Nümayişlər çərşənbə axşamı məktəblər, iş yerləri, nəqliyyat və digər inzibati xidmətlər daxil olmaqla bütün sektorlarda həmkarlar ittifaqlarının tələbi ilə keçiriləcək. Ümumi konfederasiyaya görə, energetika işçiləri pensiya islahatına qarşı mübarizədə qüvvələr balansını gücləndirmək üçün “Robin Hud aksiyaları” adlandırdıqları işə başlayıblar. Onlar Fransada məktəblərə, yaşayış massivlərinə və xəstəxanalara pulsuz elektrik və qaz, kiçik müəssisələrə isə aşağı tarifli elektrik və qaz verirlər. Borca görə kəsilən binalara da elektrik enerjisi verirlər.

Fransa Limanlar və Dokların Milli Federasiyası bütün Fransa limanlarında işçilərin kütləvi tətilə gedəcəyini açıqladı və tətil səbəbiylə bütün limanlardakı işçilərin demək olar ki, 100%-nin işini tərk etdiyini bildirib. Fransa prezidenti Emmanuel Makronun pensiya islahatı planı bazar ertəsi parlamentə gedəcək. Paris meri Anne Hidalqo cümə axşamı günü Kommunist Partiyasının lideri Fabian Rasselin tələbi ilə şəhərin bu islahatlara qarşı çıxanlarla həmrəy olaraq yanvarın 31-də qapılarını bağlayacağını açıqlayıb.