Niderlandlı qapıçı İngiltərə Premyer Liqasının tarixinə düşdü

“Brentford”un niderlandlı qapıçısı Mark Flekken İngiltərə Premyer Liqasında bu mövsüm məhsuldar ötürmə edən ilk qolkiper olub.

30 yaşlı oyunçu ölkə çempionatının XXIII turunda “Mançester Siti” ilə keçirilmiş matçın 21-ci dəqiqəsində komanda yoldaşı Nil Maupaya qol ötürməsi verib.

Görüş “şəhərlilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Unikal.az