Netanyahuya qarşı qəzəb səngimir

İsrailin Qəzza zolağına hücumları davam edərkən, məhbusların yaxınlarının etirazları da davam edir. Qəzza zolağında əsir saxlanılanların yaxınları və onlara dəstək olmaq istəyən minlərlə insan Təl-Əvivin Həbimə meydanında bir araya gəlib.

Mövcud hökumətə etiraz edən minlərlə nümayişçi bütün girovların azad edilməsini və təcili seçkilərin keçirilməsini istəyib. Onlar hökumətin hərəkətlərini və 7 oktyabr hadisələrinə reaksiyasını tənqid edib və "Zaman onları öldürür" yazılı plakatlar qaldırıb.

İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin keçmiş rəisi general-mayor Amos Malka Qüdsdə məhbus etirazında çıxış edərək, Netanyahunun İsraili özünün sağ qalma savaşına apardığını bildirib və Netanyahunu “sıfır empatiya, sıfır məsuliyyət” sözləri ilə tənqid edib. Malka 7 oktyabr hadisələrində Netanyahunu günahkar bildiyini vurğulayarkən, "Bu çılğın hökumətin və azmış baş nazirin nə günahı var?! Yalnız ölkənin etimadına sahib olan hökumət belə çətinliklərin öhdəsindən gələ bilər. Bu hökumətə xalqın etimadı yoxdur” deyə bildirib.