Netanyahunun iqamətgahına gedən israilli etirazçılara polisdən sərt reaksiya

Qəzzadakı israilli məhbusların qohumları və hökumət əleyhdarı qruplar da daxil olmaqla minlərlə etirazçı rejimin baş naziri Binyamin Netanyahunun Qərbi Qüdsdəki evi önündə hökumətə etiraz edərkən polislə qarşı-qarşıya gəlib.

İsrail parlamentinin qarşısındakı çadırlarda qalmağa davam edən hökumət əleyhdarı qrupların Qəzza küçəsindəki Netanyahunun iqamətgahına doğru yürüş çağırışına minlərlə insan qoşularaq, İsrailli məhbusların Qəzzadan gətirilməsi üçün Həmas ilə müqavilə imzalanmasını tələb edib.

Etirazçıların getdiyi yollarda polis barrikadaları qurulub, Netanyahu və hökumət əleyhinə şüarlar səsləndirilib, nağara və fit çalıb.

Əllərində məşəl daşıyan etirazçılardan biri süvari qoşunların da olduğu Qəzza küçəsində polisə yanan məşəl atıb.

Polis Netanyahunun evinin qarşısındakı maneələri aşmağı bacaran Qəzzadakı israilli məhbuslardan biri Yoram Metzgerin gəlini Ayala Metzger də daxil olmaqla bəzi etirazçıları yerə sürükləyib.

Metzger Netanyahuya müraciət edərək, "Yarım ildir ki, sizə güvənirik və heç nə baş verməyib. Sizin vaxtınız var, amma əsirləriniz yoxdur" deyib.

Netanyahunun iqamətgahı qarşısındakı maneələri aşmağa çalışan etirazçılara polis müdaxilə edib. Polisin verdiyi açıqlamaya görə, nümayişçilərin üzərinə dəmir hasar atması nəticəsində 3 nümayişçi saxlanılıb, bir polis məmuru yaralanıb. Polis təhlükəsizlik qüvvələrinə məşəl atan nümayişçilərlə bağlı istintaq açıldığını açıqlayıb.