Misirdə 8 “Müsəlman Qardaşları” hərəkatı liderlərinə edam hökm oxundu

Misirin Fövqəladə Dövlət Təhlükəsizliyi Cinayət Məhkəməsi 2013-cü ildən mediada "Platforma Hadisələri" kimi tanınan iş kontekstində "Müsəlman Qardaşlar"ın 8 liderinin edam edilməsinə qərar verib. Ölüm hökmü verilənlər arasında təşkilatın Baş Rəhbəri Məhəmməd Bədii və onun müavini Mahmud İzzət də yer alır.

Misirdə Sisi administrasiyası Müsəlman Qardaşlarının (İxvan) liderlərini ölüm cəzasına məhkum edib. Yaxın Şərqin aparıcı qəzetlərində dərc olunan son məlumata görə, Cəza Məhkəməsi Qardaşların Baş Rəhbəri Məhəmməd Bədii də daxil olmaqla 8 nəfəri edam cəzasına məhkum edib.

Ölüm cəzasına məhkum edilənlərin adları belədir: Müsəlman Qardaşlar Təşkilatının Baş Rəhbəri Məhəmməd Bədii, rəhbər köməkçisi Mahmud İzzət, Məhəmməd Əl Biltaci, Əmr Məhəmməd Zəki, Usamə Yasin Əbdülvəhhab, Səffat Hamidə Hicazi, Asim Əbdülməcid və Məhəmməd Əbdülməqsur Məhəmməd.