KİV: İrandan göndərilən PUA-lar ABŞ, İngiltərə və İordaniya tərəfindən vurulub

Bu gecə İranın İsrailə ünvanladığı PUA-ları İsrailin havadan müdafiə sistemi ilə yanaşı bir neçə kənar dövlətin qüvvələri tərəfindən vurulub. PUA-lardan İsrailin ərazisinə düşməsi haqda hər hansı bir məlumat İsrail mediasında yer almayıb.

 Amerikaka, İngiltərə və İordaniya İranın İsrailə atdığı onlarla PUA-nı vurulmasında iştirak ediblər.

Bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.

Xatırladaq ki, bu gecə İrandan İsrailə 100-ə yaxın pilotsuz uçuş aparatı buraxılıb.