İsrailin Qəzzada törətdiyi qırğın Qırmızı dənizdəki dəniz sənayesinə çox baha başa gəlib

Qırmızı dənizdəki geosiyasi gərginlik səbəbindən 8 həftədir ki, yükdaşıma qiymətləri artır. Dəniz araşdırma şirkəti Drewry's World Container Index-ə görə, 30 noyabrda 1382 dollar olan 40 futluq konteynerin daşıma qiyməti yanvarın 25-də 3964 dollara yüksəldi.

Yəmənin Ənsarullah Hərəkatının İsrailin Qəzza xalqına qarşı başlatdığı qırğını dayandırmaq üçün İsraillə əlaqəli ticarət gəmilərinə qarşı təşkil etdiyi hücumlardan sonra Qırmızı dənizdə gəmilərin hərəkəti sürətlə azalır.

Bildirilir ki, gəmilər marşrutlarını Ümid burnuna çevirdikcə səyahət müddətləri 10 gündən 14 günə, bəzən hətta 20 günə qədər uzanır.

Dünya ticarətinin təqribən 12 faizinin həyata keçirildiyi və Avropa ilə Asiya arasında ən qısa marşrutu təqdim edən Süveyş kanalından keçidlər azalarkən, Ümid burnunda üzən gəmilərin səyahət müddətlərinin və yükdaşıma qiymətlərinin artımasına səbəb olub.

Dənizçilik araşdırma və məsləhət şirkəti Drewry-nin Dünya Konteyner İndeksindən tərtib edilən məlumata görə, 40 konteynerlik kompozit indeks noyabrın 30-da 1382 dollar səviyyəsində idi, yanvarın 25-də isə 3 min 964 dollara yüksəlib.

Bu dövrdə yükdaşımaların qiymətləri 186,8 faiz artıb. Yanvarın 25-nə olan məlumata görə, 40' konteynerin yükdaşıma qiymətində illik artım 93,6 faizə çatıb. Həftəlik qiymətlərdə 5 faiz artım olub. Yükdaşıma qiymətləri 8 həftədir artır.

Bu dövrdə yükdaşıma qiymətlərində ən yüksək artım yüzdə 355,6 ilə Şanxay-Genoa xəttində baş verib. Şanxay-Rotterdam xəttində yükdaşıma qiymətləri eyni dövrdə 325,6 faiz, Şanxay-Nyu-York xəttində 139,7 faiz, Şanxay-Los Anceles xəttində isə 120,4 faiz artıb.

Son zamanlar Süveyş kanalının ticarət həcmi 44 faiz azaldığı halda, Ümid burnunun ticarət həcmi 55,5 faiz yüksəlib.

Danimarkanın gəmiçilik şirkəti, dünyanın ən böyük konteyner şirkəti Maersk, İtaliya-İsveçrə müştərək Aralıq dənizi Gəmiçiliyi, Almaniyanın Hapag-Lloyd gəmi şirkəti, Fransız gəmiçilik şirkəti CMA CGM və İngiltərənin enerji şirkəti BP bölgədəki səfərlərini dayandırıb. Danimarkanın Torm tanker şirkəti Qırmızı dənizin cənubundan bütün keçidlərini dayandırdığı halda, enerji şirkəti Shell də Qırmızı dənizdən keçidlərini dayandırıb.

Nəhayət, Qətər enerji şirkəti Qırmızı dənizdə davam edən vəziyyətlə əlaqədar mayeləşdirilmiş təbii qaz (LNG) gəmilərini Ümid burnu vasitəsilə avropalı alıcılara çatdırmaq qərarına gəlib.