İsrailin bütün maneələrinə baxmayaraq 150 min insan Məscidül-Əqsada cəm namazı qılıb

Ramazan ayının üçüncü cümə günü İsrailin işğalı altında olan Şərqi Qüdsdə Məscidül-Əqsada 150 min nəfər təravih namazı qılıb.

Məscidül-Əqsanın idarəçiliyindən məsul olan Qüds İslam Vəqfləri İdarəsi verdiyi yazılı açıqlamada dünən işa və təravih namazlarına 150 min müsəlmanın qatıldığını bildirib.

İsrail polisi 7 oktyabr 2023-cü il tarixindən sonra əksər fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə vermədi. İsrail polisi ilə Məscidül-Əqsaya buraxılmayan fələstinlilər arasında qarşıdurmalar da yaşanıb. İsrail polisi TOMA-lardan gələn gözyaşardıcı qaz və üfunətli su ilə fələstinlilərə hücum edib.

İşğal altındakı İordan çayının qərb sahili ilə Qüds arasında 2003-cü ildə tikilmiş beton divar boyunca çoxlu sionist İsrail hərbi nəzarət məntəqələri var.

İşğalçı İsrail rejimi adi günlərdə İordan çayının qərb sahilindəki fələstinlilərin xüsusi icazəsi olanlar istisna olmaqla Qüdsə keçməsinə icazə vermir.

Şərqi Qüds və İordan çayının qərb sahili 1967-ci ildən sionist İsrailin işğalı altındadır.