İsrail Qəzzaya humanitar yardım aparan gəmiyə basqın edib

İsrail beynəlxalq sularda Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan “Hanzala” gəmisinə basqın edərək onu ələ keçirib.
İyulun 13-də İtaliyanın Sirakuza limanından yola düşən “Hanzala” bəzi texniki ehtiyacları qarşılamaq üçün iyulun 15-dən iyulun 20-dək Gelibolu limanında son hazırlıqlarını tamamlayıb.
Qəzzaya yardım aparmaq üçün yola çıxan gəmidə 21 fəalın olduğu bildirilib.
İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrail donanmasının “Hanzala” gəmisini ələ keçirdiyi bildirilib.
Açıqlamada gəminin İsrail sularına qanunsuz daxil olmasının qarşısı alındığı qeyd olunub. Həqiqətdə isə bu İsrailin Qəzzanə blokadada saxlamaq və əhalini aclıq qarşısında qoyaraq soyqırım etmək siyasətinə əsaslanan növbəti vandal addımıdır.
Günlərdir dövrü mətbuarda Qəzzaya yol alan "Hanzala" gəmisi haqqında geniş məlumatlar yer almaqdadır.