İsrail ordusu növbəti dəfə Livana zərbələr endirib

İsrailin atəşkəs imzalamasına baxmayaraq növbəti dəfə Livanın cənubuna hava zərbəsi endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hücumun hədəfi "Hizbullah" qruplaşmasının silahlı üzvünün zərərsizləşdirilməsi olub.

Zərbə Livanın cənubunda yerləşən Bint-Cəbayl şəhəri ərazisində həyata keçirilib.

Hizbullah artıq onilliklərdir ki, fəaliyyət göstərən silahlı təşkilatdır. Son, İsraillə sülh müqaviləsi bağlanan zaman İsrail Hizbullahın silahlı təşkilat olaraq varlığı qəbul edilərək onunla sülh müqaviləsi bağlanılmışdı.

Bu gün Hizbullahdan İsraila qarşı heç bir silahi hücum olmadan İsrailin Livan ərazilərinə hücumu İsrailin imzaladığı atəşkəs qərarınınözü tərəfindən pozmasından başqa bir şey deyil. Bu isə İsrailin həqiqətdə təcavüzkar müharibə aparmasına növbəti sübutdur.