İslam Əməkdaşlıq Təşkilatından İsrailin Qəzzada törətdiyi qırğınla bağlı bəyanat

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin son bir həftədə 1348 fələstinlini şəhid etdiyini, 2413 fələstinlini yaraladığını və 204 nəfəri həbs etdiyini açıqlayıb.

İƏT-in saytında 23-29 yanvar tarixləri arasında İsrail işğalçı rejiminin fələstinlilərə qarşı törətdiyi cinayətlərə dair hesabat dərc edilib.

Sionist rejim qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində 204 fələstinlini həbs etdiyini bildirən xəbərə görə, işğalçı yəhudilər Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqınlarını davam etdirib və İsrail qüvvələri cümə günü Əqsada namaz qılınmasını məhdudlaşdırıb.

Hesabatda sionist İsrailin eyni müddət ərzində Fələstin xalqına qarşı mülklərə hücum, ibadət haqqının qarşısını almaq, basqınlar keçirmək, yolları bağlamaq, Fələstin torpaqlarını ələ keçirmək, atəş açmaq və yəhudi məskənləri tikmək kimi 4217 qanun pozuntusu törətdiyi bildirilib.