İranda neft anbarında partlayış oldu

İranda neft saxlanan anbarda partlayış olub. 

“Tasnim”agentliyinin xəbərinə görə, Xomeyni rayonunda baş verən qəza zamanı 1 nəfər yaralanıb, 2 nəfərin taleyindən xəbər yoxdur. Bildirilir ki, neft məhsullarının olduğu sisternlərdən yanğın olub. Partlayışın səbəbi araşdırılır.