İlahiyyatçı Camir Ağayevə hökm oxundu

Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsi növbəti ilahiyatçıya hökm oxuyub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçən məhkəmə ruhani Camir Ağayevin narkotiklərlə bağlı ittihamına baxılıb. Bu ilin fevralında kütləvi inanclıların saxlanıldığı bir dönəmdə ilahiyyatçı Camir Ağayev həbs olunmuşdu. Məhkəməyə qədər dövrdə o, 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddə ilə ittiham olunsa da, məhkəmə dövründə hakim maddəni 234.1.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsüf etmişdi. Ötən gün hakim ruhanini təqsirli bilinərək onu 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2023-cü ilin gəlişi ilə inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilirdi. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.