Husilər ABŞ gəmisinə raket zərbəsi endirib

Yəmən husiləri Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Lewis B. Puller” gəmisinə raket zərbəsi endirib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının (husilər) nümayəndəsi Yəhya Sariya məlumat verib.

Qeyd edilib ki, yanvarın 28-də Yəmən donanması “USS Lewis B. Puller”i gəmi əleyhinə raketlə vurub.