Hacı Rahiddən şeyx seçkiləri ilə bağlı açıqlama

Gürcüstanda 1 dekabr tarixində keçiriləcək şeyx seçkilərinə geri sayım başlayıb, yeni şeyxi seçəcək Ali Dini Şura üzvü Hacı Rahid Kərimov prosesin necə baş tutacağını açıqlayıb.

Aktual.ge xəbər portalının əməkdaşı ilə həmsöhbət olan din xadimi bildirib ki, yeni şeyxi Ali Dİni Şuranın 21 üzvü seçəcək.

O deyib ki, yeni şeyx namizədin Şuraya təqdim etdiyi platformasına uyğun olaraq seçiləcək.

"Seçki formatı həmişə olduğu kimi Ali Dini Şuranın 21 nəfər üzvünün iştirakı ilə keçiriləcək. Və biz şura üzvləri şeyx namizədlərini onların təqdim etdiyi platformalarına uyğun olaraq seçəcəyik. Seçki qapalı formatda keçiriləcək və sandığa bületen atmaqla baş tutacaq" , - deyə Hacı Rahid bildirib.

Şeyx namizədləri platformasını ictimaiyyətə niyə açıqlamır sualnı isə o belə cavab verib:

"Platforma yeni şeyxi seçəcək şura üzvləri üçündür, bu ictimaiyyətə açıqlanmır".

Hacı Rahid Kərimov kimə səs verəcəksiniz sualını isə belə reaksiya verib:

"Bu mərhələdə bilmirəm, amma yaxın vaxtlarda qərarımı verəcəm".