Donald Tramp İranın ali dini lideri Ayətullah Xameneiyə məktub göndərib

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneiyə məktub göndərib
Bu barədə məlumatı Tramp Fox Business Network-ə müsahibəsində açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İran rəhbərliyinə məktub göndərərək onu yeni nüvə sazişi üzrə danışıqlara başlamağa dəvət edib.
“Mən danışıqlara ümid etdiyimi söylədim, çünki bu, İran üçün daha yaxşı olacaq”.
O əlavə edib ki, “iki variant var: ya hərbi, ya da razılaşma” və o, ikinci varianta üstünlük verir.