Bunun başqa adı yoxdur. İsrail Qəzzədə törətdiyini indi də İranda törədir. Nüvə tətqiqatları obyektləri ilə yanaşı dünən mülki obyekt kimi Təbriz Hava imianı və digər mülki obyektlər də vurulub. Dinc əhali həyəcan içindədir. Sabah daha ağır hadisələr də baş verə bilər.
Lakin sosial şəbəkələrə, media orqanlarına baxıram. Bizim bəzi vətəndaşlarımızın, "politoloq" və "şərhçilərin" sevincini anlaya bilmirəm. Orada Təbriz aeroportu dağıdılır, dinc insanlar ölür, burada şadyanalıq edilir, qisas təbliğatı aprılır, misallar gətirilir, İran filan vaxtı elə elədi, belə elədi. Doğrudanmı reallıq hissin itirmək bu qədər asandır? Bilirəm bu yazıdan sonra mənə də hücumlar ediləcək. Amma bəs 40 milyonluq Azərbaycanlının prezidenti, ana dili ritorikası harada qaldı? Bir sıra məsələlərə münasibətdə şübhəsiz ki, İranın günahı var. Amma bu gün günah ayırd etmək məqamı deyil. Təcavüzkar ilə təcavüzün qurbanına məsələsinə necə olursa olsun təcavüzkara haqq qazandırmaq olmaz. Bizim ölkəmiz 30 ilə yaxın bu haqsızlığın ağırlığını öz dərisində hiss edib.
Əgər İran beynəlxalq qaydaları pozubsa İrananın cəzalandırılmasına Biləşmiş Millətlər qərar verməlidir. Beynəlxalq güclər hərəkətə keçməlidir. İsrailin bu gün bir tərəfli qaydada etdikləri Birləşmiş Millətlərin üzvü olan müstəqil dövlətə qarşı təcavüzdür. Buna sevinmək yox, təəssüflənmək lazımdır. İsrailin bu addımı dünyanı hərki-hərkiliyə çəkir. Niyə Biləşmiş Millətlərin qərarı olmadan İranın cəzaladdırılması missiyanı İsrail öz üzərinə götürməlidi? Buna cavabdeh olan beynəlxalq birlik haradadadır?
Niyə İsrail bunu dünən edə bilmirdi, bu gün edir? Əlbəttə, bu, dünyada, ilk növbədə Amerikada baş verən "keyfiyyət" dəyişikliyi ilə bağlıdır. İsrailin Qəzzədə törətdiyinin bəraəti yoxdur. Qəzzədə baş verənlər XXI əsrin soyqrımı, kütləvi insan qətlləri, insanlıq adına həqarətdir. Əgər bu gün Təbriz hava limanı vurulursa, heç bir təminat yoxdur İsrailin Qəzzədə törətdiyi İranda təkara olunmayacaq. Kim necə düşünürsə düşünsün, təcavüzə bəraət qazandırmaq olmaz, istər bunu İsrail etsin, ya da İran etsin.
Məni istənilən qədər tənqid edə bilərsiniz, hətta siyası səbatsızlıqda da ittiham edə bilərsiniz. Amma biz bugünkü mövqeyimizə görə sabah utanmamalıyıq. Heç bir halda təcavüzkarın yanında dayanmaq olmaz. Sabah Tramp da gedəcək, Natanyahu da əməllərinə görə cəza alacaq, İran rejimi də tarixə qovuşacaq, amma yuxularımızın şəhəri olan Təbrizə raket zərbələri endirən İsraili alqışlamaq, təcavüzkara züy tutmağa görə heç kim bizə "cənnət" qəbzi verməyəcək. Mən açıq şəkildə bəyan edirəm: İsrailin İrana təcavüzünün əleyhinəyəm, Təbriz aeroportunun dağıdılmasının əleyhinəyəm, təcavüz nəticəsində günahsız insanların ölməsinin əleyhinəyəm, Qəzzənin İranda təkrar edilməsinin əleyhinəyəm! Nə olmasından, nə baş verməsindən asılı olmayaraq biz bu təcavüzə qarşı İran xalıq ilə, Arazın o tayındakı qardaşlarımızla həmrəy olmalıyıq!
Tarix elmləri doktoru, professor Cəmil Həsənli,
London Universiteti Tarix Araşdırma İnstitutunun (SAS) Baş Elmi İşçisi,
Amerika Tarix Assosiyasının üzvü,
Türk Tarix Kurumunun Fəxri üzvü,
Vudro Vilson Mərkəzinin Demokratiya Uğrunda Mükafatının Laureatı
Israilin Iranı vurmasi terrorizmdir