İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır, lakin...

İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır, lakin ölkəni dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək.
Onun sözlərinə görə, İran ABŞ-ın respublikaya qarşı hücumda iştirak etmədiyinə dair iddialarına inanmır.
Nazir bildirib ki, İran danışıqların altıncı raundunda nüvə sazişi üzrə mümkün razılaşma planını Amerika tərəfinə təqdim etməyi planlaşdırır.
Abbas Əraqçi hesab edir ki, İsrailin danışıqlar zamanı hücumları istənilən diplomatik addımlara qarşı olduğunu göstərir.