Daha bir MBH üzvünə hökm oxunub

Fevralın 1-də Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, Elvin Quliyevin məhkəmə prosesi başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Elvin Quliyevin barəsində CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Müşfiq Məmmədovun sədrliyi ilə baş tutan iclasda hakim şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Məhkəmə, şahid ifadələrini itiham aktına müvafiq bilərək inanclı Elvin Quliyevi 5 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Elvin Quliyev 2023-cü ilin 10 mart tarixində saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub. İstintaq dövründən məhkəmədə saxta şahidlərin iştirak etdiyi dövrə qədər Elvin bütün ittihamları qurama adlandırıb və həbsinin ölkədə geniş miqyaslı təmizləmə siyasəti ilə əlaqəli olduğunu söyləyib.