20 October 2026

Bəqayi: Ümid edirik ki, hicab məsələsi Azərbaycanda xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü hicabın İran və Azərbaycan müsəlmanları üçün əhəmiyyətini vurğulayaraq, Azərbaycanda hicabla bağlı məhdudiyyətlər məsələsinin qarşılıqlı anlaşma, ortaq dəyərlər və xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacağına ümidvar olduğunu bildirib.

"Sabah" "Borussiya"ya uduzdu

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.

Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Əlincə Stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hizbullah Livan hökumətinə sərt xəbərdarlıq edib

Hizbullah siyasi və təhlükəsizlik rəsmilərinə silahsızlaşdırma səylərinin ölkəni daxili münaqişəyə sürükləyə biləcəyi barədə xəbərdarlıq mesajı göndərib.

Əl-Əxbar qəzetinin məlumatına görə, ötən cümə axşamından bəri Livanda aparılan təmaslar hökumət dairələrində müqavimətə təzyiqi artırmağa yönəlmiş bir proses həyata keçirmək istəyənlərin olduğunu göstərir.

Polad Aslanovun saxlanıldığı yerlə bağlı həyat yoldaşına ziddiyyətli məlumatlar verilib

Həbsdə olan “Xeberman.com” saytının rəhbəri Polad Aslanovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü bildirilir. Oktyabrın 20-də jurnalistin həyat yoldaşı Gülmirə Aslanovaya həmin müəssisədən zəng edilərək onun orada olduğu deyilib. Halbuki 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Polad Aslanovun hələ də həbsxanada, cəza kamerasında saxlandığını bildirib.

Bu barədə Gülmirə Aslanova “Abzas Media”ya məlumat verib.

Netanyahu: “Ümid edirəm ki, Türkiyə ilə birbaşa toqquşma həddinə çatmarıq”

İsrailin Baş naziri Türkiyə ilə hərbi qarşıdurmadan yayınmağa çalışdığını, lakin bütün mümkün ssenariləri nəzərə aldıqlarını bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə birbaşa hərbi qarşıdurmanın baş verməsini istəmədiyini açıqlayıb.

“Ümid edirəm ki, Türkiyə ilə birbaşa toqquşma həddinə çatmarıq. Ən azı, bunun baş verməməsi üçün çalışıram”, – deyə Netanyahu bildirib.

Akif Qurbanov: “Hicablı qızların təhsildən uzaqlaşdırılması tariximizin növbəti utanc səhifəsidir”

“Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının (ResPlatforma) spikeri Akif Qurbanov məktəblərdə hicab qadağasını tənqid edib. O, ictimaiyyətə müraciətində hakimiyyəti dünyəvilik prinsipindən avtoritar idarəçiliyə və ayrı-seçkiliyə bəraət qazandırmaq üçün istifadə etməkdə ittiham edib.

“Toplum TV” Akif Qurbanovun mövqeyini olduğu kimi təqdim edir.

Türkiyədə Azərbaycandakı hicab məhdudiyyətlərinə qarşı aksiya keçirilib

Türkiyədə Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərə qarşı tətbiq olunduğu bildirilən məhdudiyyətlərə etiraz olaraq aksiya keçirilib.

Türkiyə mediasının məlumatına görə, oktyabrın 19-da Ankarada Ankara İnanc Özgürlüğü Platformasının üzvləri və bir sıra İslami qeyri-hökumət təşkilatlarının nümayəndələri etiraz aksiyası təşkil ediblər.

“Trabzonspor” derbidə “Beşiktaş”ı məğlub etdi

Türkiyə Superliqasının səkkizinci turunda “Trabzonspor” doğma meydanda “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində Ozan Tufan və Məhəmməd Salah fərqləniblər.

Hesab 21-ci dəqiqədə açılıb: Ernest Muçinin zərbəsini qapıçı Aleksander Nübel dəf etsə də, qayıdan topu Ozan Tufan tora göndərib.

Azərbaycan 7 Türkiyə vətəndaşı üçün həbs qərarı çıxarıb

Türkiyədə Azərbaycan məktəblərində hicab qadağasına qarşı çıxışlar edən fəallar, yazıçılar və jurnalistlər barəsində Azərbaycan Prokurorluğu həbs qərarı verib. Bu barədə Türkiyə mətbubatı xəbər verir. Qardaş ölkə Bakı administrasiyasını hüquqları, ədaləti və inanc azadlığını müdafiə edən 7 nəfəri qiyabi həbs və beynəlxalq axtarışa verdiyini yazıb.

Ramil Babayev: “Umbakının rəisi işgəncələrin araşdırılması əvəzinə mükafatlandırıldı”

“Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev onun və digər siyasi məhbusların məruz qaldığını bildirdiyi işgəncələrin araşdırılması tələbinə yeni təzyiqlərlə cavab verildiyini deyir.

“Toplum TV” Ramil Babayevin yazısını olduğu kimi təqdim edir.

Daha iki məhbus hicaba dəstək məqsədilə aclıq aksiyasına qoşulub

Artıq günlərdir orta məktəblərdə hicablı şagirdlərin təhsil müəssisələrinə girişinə qadağa qoyulur. Yüzlərlə hicablı qız məktəb qapıları arxasında qalır. Hər gün təhsil aldıqları məktəblərə gələn şagirdlər məcburi şəkildə geri qaytarılırlar.

Məsələ ilə bağlı sosial şəbəkələrdə etirazlar və tənqidlər getdikcə artır. Yayılan məlumatlara görə, bununla əlaqədar çoxsaylı həbslər həyata keçirilib. İstintaq təcridxanalarından daxil olan məlumatlarda kameraların saxlanılan inanclılarla normadan artıq doldurulduğu bildirilir.