Nəcəf Elmi Hövzəsinin mininci ildönümü elan edildi
İmam Əli (ə) hərəmində Nəcəf Elmi Hövzəsinin yaradılmasının mininci ildönümü ilə bağlı xüsusi layihənin təqdimat mərasimi təşkil olunub.
Din xadimləri, elmi hövzə nümayəndələri və zəvvarların iştirak etdiyi tədbirdə 1000 illik dindar-elmi irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində nəzərdə tutulan tədbirlər planı ictimaiyyətə elan olunub. Layihə çərçivəsində elmi konfransların təşkili, tarixi əlyazmaların bərpası və nəşri eləce də elmi-tədqiqat işlərinin genişləndirilməsi planlaşdırılır.













