10 August 2026

Bolqarıstanda silah zavodunda güclü partlayış olub, 300 nəfər təxliyə edilib

Bolqarıstanın Tryavna şəhəri yaxınlığında, Beliça kəndində yerləşən silah zavodunun sursat anbarlarından birində güclü partlayış baş verib.

Bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.

Məlumata görə, hadisə yerinə Qabrovo vilayətinin yanğınsöndürən və polis əməkdaşları göndərilib. Ərazi mühasirəyə alınıb. Hazırda ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Nəcəfdə Peyğəmbərin vəfatı münasibətilə matəm bayrağı qaldırıldı

Nəcəf şəhərində yerləşən Həzrət Əlinin (ə) müqəddəs hərəmində Məhəmməd Peyğəmbərin (s) vəfatı (şəhadəti) münasibətilə matəm bayrağı ucaldılıb.

Dünya müsəlmanlarının hüznlə qarşıladığı anım günləri ərəfəsində hərəmin mərkəzi həyətində başsağlığı və matəm rəmzi olan qara bayraq qaldırılıb. Bu simvolik mərasimlə Böyük Peyğəmbərin (s) vəfatı münasibətilə rəsmi yas mərasimlərinə start verilib.

Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Azərbaycanın 2 boksçusu Qazaxıstanda məktəblilər (U-15) arasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan Boks Federasiyası xəbər verir ki, Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunan yarışda 5 ölkənin idmançıları mübarizə aparıblar.

Turnirə 2 boksçu ilə qatılan Azərbaycan millisinin hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Husilər Səudiyyənin Yəməndəki qüvvələrinə zərbə endiriblər

Yəmən husiləri ötən gecə Bab əl-Məndəb boğazı yaxınlığında, Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Əl-Mükha liman şəhərinə əlavə zərbələr endirdiklərini açıqlayıblar.

Ənsər-Allah hərəkatının məlumatını “Əl-Məsirə TV” yayıb: "Yenidən zərbələr Səudiyyə Ərəbistanının səfərbərlik mərkəzlərini, silah anbarlarını və Əl-Mükhadakı əməliyyat qərargahını hədəf alıb".

ABŞ, İsrail və eləcə də İsraillə əlaqəli bütün gəmilərin Hörmüz boğazından keçməsini qadağan edəcək

İran parlamenti Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün strateji fəaliyyət planını təsdiqləyib.

Bu barədə İran parlamenti məlumat yayıb.

Daha əvvəl İran parlamentinin rəyasət heyətinin üzvü bildirib ki, plan ABŞ, İsrail və digər düşmən gəmilərinin, eləcə də İsraillə əlaqəli bütün gəmilərin Hörmüz boğazından keçməsini qadağan edəcək. Qadağa həmçinin Müqavimət Cəbhəsinə qarşı əməliyyatlarda iştirak edən gəmilərə və yüklərə də şamil ediləcək.

Məkkə sazişi İslam ölkələrinin müdafiəsi və dəstəklənməsinə əsaslanarsa müsbət addım sayıla bilər

İraq müctəhidlərindən biri Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında bu yaxınlarda əldə olunmuş üçtərəfli razılaşmanın İslam birliyini təhdid edən bir mərkəzə çevrilməsi barədə xəbərdarlıq. O, bildirib ki, bu razılaşma qərarların qəbulunda müstəqilliyə, işğalçılıq və xarici təcavüzlərlə üzləşən İslam ölkələrinin müdafiəsi və dəstəklənməsinə əsaslanarsa, İslam dünyasında qərarvermə müstəqilliyinin gücləndirilməsi istiqamətində müsbət addım sayıla bilər.

Ukrayna Tatarıstana PUA-larla hücum edib, 10 nəfər ölüb, 15 nəfər yaralanıb, matəm elan olunub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tatarıstan Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edib.

Tatarıstan rəhbərinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ukrayna Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə zərbələr endirib. Hücum nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Mətbuat xidmətindən həlak olanlarla bağlı Tatarıstanda matəm elan edildiyi bildirilib.

Cəmi 43 günə hafizi-Quran oldu

İraqlı məktəbli qız çox qısa müddətdə Quran hafizi olmağı bacarıb.

Zeynəb adlı şagird cəmi 43 günə müqəddəs Qurani-Kərimi tam şəkildə əzbərləməyə nail olub.

Zeynəb öz yay tətilini məhz əzbərləmə prosesinə sərf edib.

İnanılmaz zehni istedad nümayiş etdirərək hafizi-Quran olan qız həm təltif edilib, həm də mükafatlandırılıb.

Şah İsmayıl Səfəvi – son dövrlər hədəflənən oyunun pərdəarxası məqamları. 2-ci hissə

Burada qorxulu məqam odur ki, bu günün Azərbaycan dövləti özünü Səfəvi varisi bilərək bu ideyaların davam etdirməsi fikri, etirazçılara elə hakimiyyətin addımlarına arxalanaraq Səfəvi hökumətində dini hədəfə almağa imkan verir. Məsələ burasındadır ki, Azərbaycanın indiki hakimiyyəti ölkənin kimliyində xüsusi rola malik din məfhumuna olduqca həssas yanaşır. Rejim dinin kimliyini, onun varlığını sevərək qəbul edir.