11 December 2025

Gürcüstanda Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlud tədbiri

Qardabaninin Təhlə kəndində Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu qeyd olunub.

Tədbir Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilib.

İslam aləmi üçün böyük əhəmiyyət daşıyan Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə keçirilən məclis Qurani-Kərimin tilavəti ilə başlayıb. Quran tilavətini Lalə Süleymanova səsləndirib. Mərasimin aparıcısı Hüseynova Zəhra olub.

Ayətullah Xamenei Qərbin həqiqi məqsədləri barədə danışıb

İranın Ali Rəhbəri Ayətullah Xamenei qərbin media qurumları və siyasi-hərbi rəsmilərinin bəyanatlarını düşmənin təbliğat təzyiqlərinin göstəricisi adlandıraraq bildirib:

“Hegemon sistemin xalqlara, o cümlədən ilk növbədə İran xalqına yönəlmiş müxtəlif təzyiqlərinin hədəfi bəzən ərazi genişləndirməsidir; elə bu gün ABŞ hökumətinin Latın Amerikasında həyata keçirdiyi siyasətlər kimi. Bəzən isə əsas məqsəd yeraltı sərvətlərə nəzarət etməkdir”.

Haaland unikal rekorda imza atıb

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Real Madrid”lə oyun zamanı unikal rekorda imza atıb.

24 yaşlı futbolçu 43-cü dəqiqədə penalti zərbəsini mükəmməl şəkildə yerinə yetirərək "Siti"yə qələbə qazandıran qolu vurub.

Hücumçu karyerasında Çempionlar Liqasında 50-ci start heyətində meydana çıxıb və 51 qol vurub. Məlumata görə, heç kim start heyətindəki ilk 50 oyununda bu qədər qol vurmayıb.

Nigar Bağırovanın səhhəti kritik həddə çatıb

Nigar Bağırovanın səhhəti kritik həddə çatdı: Aclıq aksiyası davam edir, məsul qurumlar isə susur

Əldə etdiyimiz məlumata görə, artıq uzun müddətdir aclıq aksiyasını davam etdirən Nigar Bağırovanın səhhəti son günlərdə kəskin şəkildə pisləşib. Məlumata əsasən, o, huşunu itirərək yerə yıxılıb və başı yerə çırpıldığı üçün ciddi şəkildə zədələnib.

Hüquq müdafiəçisi Prezidentə müraciət edib: ““Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər məhkəmə zalından azad edilsin”

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri, beynəlxalq mükafatlar laureatı Arzu Abdullayeva “Meydan TV işi” üzrə həbsdə saxlanılan 12 jurnalistlə bağlı Prezident İlham Əliyevə müraciət edib. O, dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacaq proses ərəfəsində jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

İsrail Qəzzada 5 fələstinlini öldürdü

İsrail ordusu, atəşkəsə baxmayaraq, Qəzza zolağının bir neçə bölgəsinə hücumlarında 3-ü uşaq olmaqla 5 fələstinlini öldürdü.

Səhiyyə mənbələrindən alınan məlumata görə, soyqırım İsrail ordusu Qəzzanın cənub və şimalındakı bölgələrə hücumlar həyata keçirib və nəticədə 3-ü uşaq olmaqla 5 fələstinli həlak olub, 5 nəfər yaralanıb.

İsrail ordusunun hücumu zamanı 16 yaşlı Kərəm Zanun və 17 yaşlı Cihad Şəfqanın Qəzzanın cənubundakı Məvasi bölgəsində həlak olduğu bildirilib.

İsrail: "İran növbəti münaqişədə eyni vaxtda 2000 raket atmağı hədəfləyir"

İsrail rəsmiləri və analitiklərinin fikrincə, Tehran iki ölkə arasında 12 günlük münaqişədən sonra raket arsenalını sürətlə yenidən qurur və gələcəkdə eyni vaxtda 2000 raket atmağı hədəfləyir. İsrail hərbi rəsmilərinin və regional kəşfiyyat qiymətləndirmələrinin məlumatına görə, İran altı aydan sonra geniş miqyasda ballistik raket istehsalına yenidən başlayıb və zavodlar İsrail hücumlarında zədələnmiş potensialı bərpa etmək üçün "fasiləsiz" fəaliyyət göstərir.

İslandiya İsrailə ertiraz olaraq Avroviziyadan çəkildi

İslandiya boykotu rəsmiləşdirdi

İslandiyanın ictimai yayım qurumu RÚV çərşənbə günü açıqlama yayaraq 2026-cı il Avropa Mahnı Müsabiqəsində iştirak etməyəcəyini bildirdi. Qurumun məlumatına görə, Avropa Yayım İttifaqının (EBU) ötən həftə “İsrail”in yarışa buraxılması haqda qərarı İslandiyada ciddi narazılıq yaradıb və nəticədə ölkə müsabiqədən çəkilmək qərarına gəlib.

Almaniyada iki türk məscidinə hücum: Divarlara “İsrail” və “IDF” yazıldı

Hannoverdə iki məscidə qarşı təxribat

Almaniyanın Hannover şəhərində naməlum şəxslər tərəfindən iki türk məscidinə hücum edildiyi bildirilib. İslam Toplumu Milli Görüş (IGMG) və Almaniya Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) bağlı mərkəzi məscidlərin xarici divarlarına sprey boya ilə “İsrail” və İsrail ordusunun qısaltması olan “IDF” ifadələri yazılıb.

Alulbeyt Alimlər Birliyi üzvləri Həzrət Abbas Ziyarətgah Kompleksində olublar

Dünyanın müxtəlif ölkələrində xidmət edən dəyərli Əhli-Beyt alimlərinin üzvlüyü ilə qurulan Alulbeyt Alimlər Birliyinin heyəti bu gün Kərbəlada Həzrət Əbəlfəzl Abbas (ə) Ziyarətgah Kompleksində olublar.

Birliyin nümayəndə heyəti, Həzrət Əbəlfəzl Abbasın (ə) Türbəsinin rəsmilərindən Seyid Faiz Şəhristani tərəfindən qarşılanıb.

Səmimi şəraitdə keçən görüşlərdən sonra, qonaqlar Həzrət Abbasın (ə) ziyarətgahını ziyarət ediblər.

İran və Misirdən FİFA-ya etiraz: LGBT aksiyası ləğv edilməlidir

İran və Misirin futbol federasiyaları FİFA-ya məktubla müraciət ediblər.

Belə ki, onlar 2026-cı il Dünya Çempionatı çərçivəsində baş tutacaq İran-Misir futbol matçı zamanı LGBT-yə dəstək aksiyasının ləğv edilməsini tələb ediblər.

Sözügedən təxribat Dünya Çempionatının Təşkilat Komitəsi tərəfindən planlaşdırılıb.