Rusiyanın Ukraynaya kütləvi hava hücumu olub, yaralılar var

Rusiyanın Ukraynaya kütləvi hava hücumu olub.

Ukrayna mətbuatı xəbər verir ki, Rusiya tərəfindən ötən gecədən bəri Ukrayna ərazisinə kütləvi hava hücumları həyata keçirilib. Yaralıların olduğu bildirilir. Məlumata görə, artıq əksər bölgələrdə həyəcan siqnalı verilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumunda həm dronlardan, həm də raketlərdən istifadə edilib. Əksər bölgələr dronlar tərəfindən hədəfə alınıb. Rusiya ordusu həmçinin bombardmançı təyyarələrdən istifadə edib.

Qeyd olunub ki, hücum nəticəsində dəmir yolu infrastrukturuna ziyan dəyib.

Fastivdə şəhərində dəmir yolu infrastrukturunun kütləvi şəkildə atəşə tutulması səbəbindən şəhərdən keçən sərnişin qatarlarının marşrutu dəyişdirilib.