Yetkinlik yaşına çatmayanların dini kəbinini kəsənlər cəzalandırılacaq
Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə cəzalar müəyyən edilir.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.