05 June 2024

“Mançester Yunayted” 6 futbolçu ilə yolları ayırıb

“Mançester Yunayted” 6 futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Antoni Marsial, Rafael Varan, Markus Lourens, Brendon Uilyams, Çarli Manik və Kay Plamli ilə vidalaşıb.

Marsial və Varanın müqaviləsi başa çatıb. Digər oyunçuların isə sözləşməsi ləğv edilib.

“Mançester Yunayted” Premyer Liqada 2023/24 mövsümünü 8-ci sırada bitirib.

Siyasi məhbuslara yanaşmada diskriminasiya

Avropa Birliyi mayın 29-da növbəti dəfə bəyanat yayıb. Bəyanatda AB son aylarda Azərbaycanda müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivlərlə həbslərin artdığını bildirib. Qurum noyabrda keçiriləcək "COP29 Beynəlxalq İqlim Konfransı"na toxunaraq bildirib ki, bu tədbir Azərbaycan üçün qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində xüsusi bir fürsət sayıla bilər ki, hakimiyyətin bundan faydalanması onun marağınadır.

Qəzzada 17 İsrail əsgər yaralandı

Xəbər mənbələri son 24 saatda İsrail rejiminin 17 əsgərinin yaralanması, 1 ədəd Merkava tankının məhv edilməsi və Qəzzə zolağında bu rejimin helikopterinə raket atılması barədə məlumat yayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail rejim mediası çərşənbə axşamı günü etiraf edib ki, bu rejimin 17 əsgəri son 24 saat ərzində Qəzzə zolağında yaralanıb və onlardan 4-nün vəziyyəti ağırdır.