Famil Xəlilovun həyat yoldaşı və hüquq müdafiəçiləri avropalı diplomatlarla görüşdülər

Famil Xəlilovun həyat yoldaşı və hüquq müdafiəçiləri avropalı diplomatlarla görüşdülər. Bu barədə məlumatı Rüfət Səfərov sosial media üzərindən etdiyi paylaşımda bildirib.
"Siyasi məhbus Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova və hüquq müdafiəçisi Fuad Həsənovla birlikdə Avropa İttifaqına üzv olan ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri ilə geniş tərkibdə görüşümüz oldu.
Görüşdə ölkədəki insan haqlarının cari durumu, repressiv mühit, siyasi ağırlıqlı həbslər, xüsusilə, Famil Xəlilovun məsələsi əsas müzakirə mövzusu oldu".