Siyasi məhbuslara yanaşmada diskriminasiya

Avropa Birliyi mayın 29-da növbəti dəfə bəyanat yayıb. Bəyanatda AB son aylarda Azərbaycanda müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivlərlə həbslərin artdığını bildirib. Qurum noyabrda keçiriləcək "COP29 Beynəlxalq İqlim Konfransı"na toxunaraq bildirib ki, bu tədbir Azərbaycan üçün qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində xüsusi bir fürsət sayıla bilər ki, hakimiyyətin bundan faydalanması onun marağınadır.

Məsələ həqiqətən də həssasdır. Ölkənin düşüncə və fikir məktəbləri, təsir dairələri və nüfuz seqmentləri tamam təzyiq və təqib altındadır. Avropa Birliyinin ilin əvvəlindən açıq mövqe sərgiləməsi birmənalı olaraq bu məsələnin həllində tərəflərin addım atması üçün təkan rolunu oynayaraq hətta sanksiyalara qədər gedəcəyini ortaya qoyur.

Ölkə birmənalı olaraq 30-cu illər sovetlərin müasir görkəm almış vəziyyətində idarə olunur. Bütün düşüncələr yalnız rejimin maraqlarına xidmət edərək adı dövlət olan sərt bir vəziyyəti etiva edərkən, buna etiraz edən, hər hansı yan fikir ortaya qoyan şəxs amansız işşgəncələrlə üzləşir, təzyiq edilərək həbslərə alınır. Dindarların narkotik ittihamına köklənən siyasi təmizləmə aparatı demokratik cəbhəni də qaçaqmalçılıq damğası ilə geniş siyasi oyunlar meydanına çəkərək qurban verməyə davam edir.

Vəziyyət kiçik qığılcımları əlində zopalar tutmuş yanğınsöndürənlərin şərti formasını xatırladan alovu söndürmək adlı işgəncə maşını altında əzilən günahsız qurbanların acı mənzərəsini ortaya qoyub.

Yalnız bu məsələdə AB daha səmimi mövqeyi sayları min üzərindən söylənilən inanclıların iki ilə yaxın bir zamanı əhatə edən reperessiv həbsləri zamanı daha ciddi narahatlıq nümayiş etdirsəydi, bəlkə də ardı-ardına durmadan qapanması davam edən böyük media mərkəzlərinin və onlarla media, siyasi fiqurlar, ictimai xadimlər bu gün həbslərə atılması kimi acı durumun qarşısı alınmış olardı.

Təəssüf ki, inanclılara qarşı bəzən qeyri-səmimi mövqe sonunda yaşanan acı həqiqəti hər kəs üçün çətin bir duruma çevirir. Qərbin inanclılara qarşı göstərdikləri diqqət və dəstək təkzibolunmazdır, lakin bu ailənin ögəy uşağına yanaşan hökmlü ögəy ananın öz doğma uşaqları ilə sevgi bölüşməsi kimi acı təssüratı nümayiş etdirir.

Bu son qərarda da fərqli notlar ortaya qoymur. Siyasi məhbuslar adlandırılan şəxslərin böyük əksəriyyəti inanclılardır. Onların həbslərinin siyasi olması bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunur. Lakin nədənsə yanaşımda həmişə inanclılar yad baxışlara məruz qalır. Bu hal elə təsirli icra edilir ki, ölkənin daxilində belə inanclıların müdafiəsi əksər müstəqil qüvvələr tərəfindən elə qərbyönlü soyuq bir münasibət yaşamağa davam edir. Hansı ki, nəticədə növbəli hədəf sonunda onlardan da yan keçmir.

 

 Təhlil Tənqid tv