27 April 2024

Hidayət Heydərov dördqat Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 73 kiloqramda çıxış edən idmançı finalda Danil Lavrentevi (AİN) məğlub edərək, çempion tituluna yiyələnib.

Bununla da o, Azərbaycan cüdo tarixinə dördqat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerinə yetirmək istəyənləri saxta Həcc kampaniyalarının qurbanı olmamaq barədə xəbərdarlıq edilir.

İraq İslam Müqaviməti tərəfindən İsrail limanına hücum

İraq İslami Müqaviməti yazılı açıqlamada işğal altındakı Fələstin ərazisindəki Hayfa limanında İsrail rejiminin həyati hədəfinə pilotsuz təyyarə ilə hücum təşkil etdiyini açıqlayıb.

İraq İslami Müqaviməti bu hücumun Qəzzaya dəstək və qəsbkar rejimin fələstinli mülki vətəndaşlara qarşı cinayətlərinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Qırmızı dənizdə Britaniya gəmisinə raket hücumu

Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) Yəmənin cənub-qərbindəki Meha şəhəri sahillərində gəmiyə raket hücumu həyata keçirildiyini açıqlayıb.

UKMTO-nun X sosial media hesabından edilən yazılı açıqlamada Qırmızı dənizdə Mehadan 14 mil uzaqlıqda bir gəmiyə 2 dəfə hücum edildiyi qeyd edilib.

İlk hücumun gəminin yaxınlığında edildiyi, 2 raketlə həyata keçirilən ikinci hücumun isə gəmiyə ziyan vurduğu bildirilib.

ABŞ-da Qəzza etirazları: Hansı universitetlər etiraz edir, etiraz edən 16 unversitet tələbələri nə tələb edir?

Tələbələr universitetlərin İsrailin Qəzzaya hücumlarını dəstəkləyən hər hansı şirkətlərlə əlaqələrini dayandırmasını istəyirlər

Keçən həftə Kolumbiya Universitetində 100-dən çox nümayişçinin saxlanmasından sonra İsrail-Həmas müharibəsi ilə bağlı tələbə etirazları ölkənin digər universitetlərinə də yayıldı.

Tələbələr universitetləri İsrailin Qəzzaya hücumunu dəstəkləyən bütün şirkətlərlə və bəzi hallarda İsrailin özü ilə əlaqələrini dayandırmağa çağırırlar.