05 May 2023

Dünyanın ən yüksək reytinqli 20 klubu açıqlanıb

Dünyanın ən yüksək reytinqli 20 klubu açıqlanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, siyahıda lider dəyişikliyi olub.

İngiltərənin “Mançester Siti” klubu birinci yerə yüksəlib. “Şəhərlilər” 100 reytinq xalı ilə Almaniya təmsilçisi “Bavariya”nı taxtdan salıblar. Bundesliqa klubu 97,18 xalla ikinci sırada qərarlaşıb.

İlk “üçlüy”ü 33 ildən sonra İtaliya A seriyasının çempionu olan “Napoli” qapayır.

Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib, İŞİD-in 96 üzvü saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir şəhərinin 23 rayonunda əməliyyat keçirib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Əməliyyat nəticəsində İŞİD terror təşkilatının 74 üzvü şübhəli qismində saxlanılıb.

Türkiyənin daxili işlər Süleyman Soylu isə bildirib ki, eyni vaxtda Ankarada keçirilən əməliyyat nəticəsində İŞİD-in daha 22 üzvü saxlanılıb.

Türkiyə MİT İŞİD-in Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni qruplaşmasını ifşa edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD terror qruplaşmasının Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni strukturunu ifşa edib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Diyarbəkir Prokurorluğunun başlatdığı istintaq çərçivəsində Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsi və MİT birgə əməliyyat keçirib.

The Economist: Əgər Ərdoğan uduzsa, bu, qlobal nəticələri olan siyasi dönüş olacaq

“The Economist” yazıb ki, Ərdoğanın “xarizması” və açıqladığı jestlər bu seçkilərdə yetərli olmaya bilər. İngiltərənin "The Economist" jurnalı mayın 14-də Türkiyədə keçiriləcək seçkiləri "2023-cü ilin ən əhəmiyyətli seçkisi" olaraq xarakterizə edərək, Kılıçdaroğluna dəstəyini açıqlayıb.

Sisi: Yəməndə siyasi həlli dəstəkləyirik

Yəmənin müdafiə naziri Muhsin əl-Dairi Qahirədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşüb. Misirin müdafiə və döyüş istehsalı naziri Məhəmməd Zəki ilə Yəmənin Qahirədəki səfiri əs-Sisi də iştirak etdiyi bu toplantıda Misirin Yəmən böhranının siyasi həlli üçün hər cür səyi dəstəklədiyini bəyan edib. Sisi Yəmən xalqının müxtəlif sahələrdə öz maraqlarını həyata keçirməsi və eyni zamanda bu ölkədə təhlükəsizlik və sabitliyin yenidən bərqərar olması üçün bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəyini vurğulayıb.

Rəisi Fələstin Müqavimət nümayəndələri ilə görüşüb

İran prezidenti İbrahim Rəisi Dəməşqə səfəri çərçivəsində bir qrup Fələstin müqavimət başçıları ilə görüşüb. Rəis görüşdə "Bu gün İslam dünyasının ən mühüm məsələsi, Fələstin və Qüdsün azadlığıdır. Bu heç zaman unudulmamalıdır" deyib. O, Fələstin məsələsinin həmişə İranın xarici siyasətində birinci prioriteti olduğunu bildirib. “Müsəlmanlar da Fələstinin tapdalanan hüquqları və azadlığı üçün bütün güclərini sərf etməlidirlər" – söyləyib.

Biz İranın nüvə silahı əldə etməməsi üçün lazımi tədbirlər görəcəyik

ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək niyyətindədir. Bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib. 

"Bəli, biz İranın nüvə silahı əldə etməməsi üçün lazımi tədbirlər görəcəyik", - deyə Sallivan açıqlayıb. 

Onun sözlərinə görə, ABŞ və müttəfiqlərini fundamental sınaq gözləyir: "İran nüvə silahına malik ola bilməz. Bu gün o, yoxdur və gələcəkdə də icazə verilə bilməz".

Qazaxıstan Rusiyanın Taman portuna neftin daşınmasını dayandırır

Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qara dənizdəki Taman portuna daşınmasını qadağan edəcək.

Bu barədə məlumatı Qazaxıstanın dövlət dəmir yolları əməliyyatçısına istinadla Reuters agentliyi verib.

Qadağanın səbəbləri və müddəti açıqlanmayıb. Sənəd nəqliyyat şirkətlərinə ünvanlanıb.

Xəbər verilir ki, mayın 3-dən neftin Taman portuna daşınmasını Rusiya Dəmir Yolları şirkəti də dayandırıb.

Həbsdə olan blogerin məhkəmə prosesi keçirilib

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloger Rəşad Ramazanovun məhkəmə prosesi keçirilib. İclasda Rəşad Ramazanovun həbs olunarkən fiziki işgəncəyə məruz qalması haqqında vəkil Elçn Sadıqovun ötən iclasda qaldırdığı vəsatət məhkəmə tərəfindən təmin olunub. Bu barədə vəkil özü məlumat verib. Onun sözlərinə görə, Ramazanovun işgəncəyə məruz qalması ekspertlər tərəfindən də təsdiqlənib.