Tbilisidə Məhərrəm ayı münasibətilə anım yürüşü təşkil olunub. Yürüş Tbilisinin Poniçala qəsəbəsindəki Əhli-beyt məscidindən başlayaraq mərkəzi ehsan çadırının qarşısında başa çatıb. Tədbirdə din xadimləri, yerli sakinlər və ətraf bölgələrdən gələn iştirakçılar iştirak ediblər.
Tədbirin sonunda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev və məscidin axundu Hacı Rahid Kərimov çıxış ediblər. Onlar çıxışlarında Kərbəla hadisəsinin əhəmiyyətindən, İmam Hüseynin qiyamının fəlsəfəsindən və Qurani-Kərim ilə Əhli-beytə verilən dəyərdən danışıblar.
Yürüş Fərəc duası ilə yekunlaşıb.
Tbilisidə Məhərrəm ayı ilə bağlı yürüş keçirilib