Bildirilib ki, 27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qanunazidd və zorakılıq əməlləri ilə bağlı Azərbaycan Respublikası tərəfindən Rusiya tərəfinə rəsmi etiraz bildirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Qeyd olunanlar, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsi nəzərə alınaraq, 08 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin inzibati binası qarşısında piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.
Bakı ŞBŞİH Müsavat Partiyasının Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətini məqsədəuyğun hesab etməyib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.
Meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.