Rəisi Fələstin Müqavimət nümayəndələri ilə görüşüb

İran prezidenti İbrahim Rəisi Dəməşqə səfəri çərçivəsində bir qrup Fələstin müqavimət başçıları ilə görüşüb. Rəis görüşdə "Bu gün İslam dünyasının ən mühüm məsələsi, Fələstin və Qüdsün azadlığıdır. Bu heç zaman unudulmamalıdır" deyib. O, Fələstin məsələsinin həmişə İranın xarici siyasətində birinci prioriteti olduğunu bildirib. “Müsəlmanlar da Fələstinin tapdalanan hüquqları və azadlığı üçün bütün güclərini sərf etməlidirlər" – söyləyib.

O, sionist rejimin sağ qalması üçün aparılan psixoloji müharibəyə toxunaraq deyib: “Düşmənlər birgə müharibəyə başlamaqla fələstinlilərə onların talelərini sionist rejimin mövcudluğundan asılı olduğunu təlqin etməyə çalışırlar. Birmənalıdır ki, bu rejimin davam etdirilməsindən söhbət belə gedə bilməz”.

Təl-Əvivlə normallaşma prosesini tənqid edən İbrahim Rəisi, "Bəzi dövlətləri sionistlərlə normallaşmaya məcbur etdilər, amma əslində baş verən o oldu ki, rejim razılaşmanı, fələstinlilərin hüquqlarını pozmağa davam etdi, talan və qırğınlara davam edir" qiymətləndirməsini edib.

İsraillə mübarizənin yeganə yolunun müqavimət olduğunun artıq sübut olunduğunu vurğulayan prezident Rəisi ABŞ və sionist rejimin İslam dünyasındakı uğursuzluğuna işarə edərək deyib: “Sionist rejimin məğlubiyyətini sürətləndirmək, Qüdsü azad etmək və fələstinlilərin öz müqəddəratını təyin etmək üçün müqavimət qüvvələrinin, region və dünya müsəlmanlarının birliyi və harmoniyası lazımdır. Sionist rejimin süqutunun təsirləri göz qabağındadır. Biz bu rejimin süqutunun qaçılmaz olduğuna inanırıq”.

İbrahim Rəis Fələstin məsələsinin həlli ilə bağlı "Yeganə həll yolu fələstinlilərin iradəsinə əsaslanan bir hökumətin qurulmasıdır. Əgər qərblilər demokratiya tələb edərsə, Fələstin xalqının səsini qəbul etməli və nəticəyə sadiq qalmalıdırlar" deyib.