"Mizan Maarif Mərkəzi"nin təsisçisi, ruhani Ruhullah Novruzzadə bu gün (4 iyul) şərti azadlığa buraxılıb. İnanclı cəzanın 4 hissəsindən çəkdikməyən 1 hissəsi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə onun müraciətini dəyərləndirib və R. Novruzzadəni cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə (cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə) qərarını qəbul edib.
Ruhullah Novruzzadə 17 saylı cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb.
Ruhullah Novruzzadə İranın Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub.
Xatırladaq ki, Novruzzadə Ruhullah Məsim oğlu 2023-cü il 31 yanvar tarixində saxlanılmışdı. Narkotiklərlə bağlı ittiham olunan inanclı 2024-cü il 2 fevral tarixində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ruhani Ruhullah Novruzzadə şərti azadlığa buraxılıb