Bu gün Məhərrəm ayının onuncu günü, Aşura yad olunur.
Aşura günü ilə əlaqədar Tbilisidəki Cümə Məscidi və bölgələrdəki əksər Məscidlərdə İmam Hüseyn əleyhissalam əzadarlığı keçiriləcək.
Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri Həzrəti İslam Peyğəmbəri Məhəmmədin (s) əziz nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Gürcüstanın Şərqindəki əksər bölgələrdə toy mərasimləri keçirilmir.
Bu gün Gürcüstanda müsəlmanlar Aşuranı yad edir