Dünyanın ən yüksək reytinqli 20 klubu açıqlanıb

Dünyanın ən yüksək reytinqli 20 klubu açıqlanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, siyahıda lider dəyişikliyi olub.

İngiltərənin “Mançester Siti” klubu birinci yerə yüksəlib. “Şəhərlilər” 100 reytinq xalı ilə Almaniya təmsilçisi “Bavariya”nı taxtdan salıblar. Bundesliqa klubu 97,18 xalla ikinci sırada qərarlaşıb.

İlk “üçlüy”ü 33 ildən sonra İtaliya A seriyasının çempionu olan “Napoli” qapayır.

1. “Mançester Siti” (İngiltərə) – 100 xal

2. “Bavariya” (Almaniya) – 97,18

3. “Napoli” (İtaliya) – 95,49

4. “Real Madrid” (İspaniya) – 95,07

5. “Barselona” (İspaniya) – 94,15

6. “Liverpul” (İngiltərə) – 93,97

7. “Arsenal” (İngiltərə) – 93,42

8. PSJ (Fransa) – 92,52

9. “Mançester Yunayted” (İngiltərə) – 92,33

10. “İnter” (İtaliya) – 92,06

11. “Borussiya” (Dortmund, Almaniya) – 91,77

12. “Atletiko” (İspaniya) – 91,77

13. “Milan” (İtaliya) – 91,42

14. “Nyukasl” (İngiltərə) – 91,17

15. “Portu” (Portuqaliya) – 91,09

16. “Leyptsiq” (Almaniya) – 90,98

17. “Bayer” (Almaniya) – 90,85

18. “Yuventus” (İtaliya) – 90,76

19. “Zalsburq” (Avstriya) – 89,77

20. “Brayton” (İngiltərə) – 89,53