Səudiyyə klubundan Messiyə rəsmi təklif

Fransanın "Paris Saint-Germain" klubunun argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubundan rəsmi təklif alıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyinə futbolçuya yaxın mənbə məlumat verib.

Məlumata görə, klub Messiyə ildə təxminən 400 milyon dollarlıq müqavilə təklif edib.

Bundan əvvəl "RMC Sport" nəşri PSJ-nin Lionel Messini klubla razılaşdırılmayan Səudiyyə Ərəbistanına səfərinə görə iki həftəlik matçlardan kənarlaşdırdığını bildirib.

Agentliyin mənbəsi iddia edir ki, klub Messini mövsümün sonunda komandadan ayrılacağını dediyi üçün cəzalandırıb.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.