Bir neçə gün əvvəl elə bu kanalda Britaniyanın həmin layihəsi ilə bağlı bir yazı paylaşdıq. Yazıda bu planın həyata keçirilməsinə ən böyük maneənin İsrail olduğu vurğulanırdı. Yəni adı “sünni-şiə müharibəsi” olsa da, əslində MI6-nın dəstəklədiyi təkfirçi vəhabilərin şiələrə qarşı müharibə planının yeganə əngəli İsraildir. Çünki İsrailin müsəlmanlarla müharibəsi digər müsəlman ölkələrini bir düşmən ətrafında birləşməyə və ona reaksiya verməyə məcbur edir. Bu da Britaniya kəşfiyyatının (MI6) Yaxın Şərq planlarını alt-üst edir.
Məncə, MI6 ABŞ-a İsrailin aradan qaldırılması və layihənin reallaşdırılması üçün təzyiq göstərir. ABŞ isə İsrailin sıradan çıxmasına razı deyil. Məhz buna görə Tramp İsrailin Həmas və İranla hərtərəfli atəşkəs razılaşması əldə etməsi üçün canfəşanlıq edir. İsrail, Həmas və İran arasında razılıq əldə olunarsa, türkiyəli analitikin proqnozlaşdırdığı kimi, Britaniyanın bu çirkin layihəsi tədricən gerçəkləşə bilər. Bu kontekstdə ölkəmizdə sayı gündən-günə artan, uzun müddətdir ki, bu əmri gözləyən vəhabilərin İran İslam Respublikasına hücumlarının şahidi ola bilərik.
Britaniya layihəsinə görə, vəhabi-şiə müharibəsinin əsas hədəfi İranın parçalanması, şiə dövlətinin devrilməsi və ya zəiflədilməsidir. Bu hədəfin gerçəkləşməsi, ehtimal ki, aşağıdakı istiqamətlərdən başlaya bilər:
1. İraq vəhabilərinin İraq-İran sərhədindən hücuma keçməsi;
2. Azərbaycan vəhabilərinin Azərbaycan-İran sərhədindən hücuma keçməsi;
3. İran daxilində İslam nizamına düşmən qüvvələrin aktivləşməsi və daxili ixtişaşlar;
4. Suriyadakı vəhabilərin İranın dəstəklədiyi müqavimət qruplarına, xüsusilə Hizbullaha hücumları;
5. Səudiyyə Ərəbistanının və Yəməndə nəzarətində olan təkfirçi qrupların Ənsarullaha hücumları;
6. Digər ərəb ölkələri və Türkiyədə hakimiyyətin dəstəklədiyi təkfirçi qrupların şiələrə qarşı hücumları.
Əmin olun ki, Britaniyanın və onunla birgə hərəkət edən “Şeytan dəstəsi”nin Yaxın Şərq və şiələr üçün gördüyü qorxulu yuxu məhz budur. Onlar illərdir bu layihə üzərində çalışırlar. Lakin bu yuxunun reallaşacağına dair hökmü zaman verəcək. Bizim borcumuz isə bu müddətdə şeytanın çirkin planını hamıya çatdırmaq, ayıq-sayıq və tədbirli olmaqdır.
İnanıram ki, Uca Allahın izni ilə şeytanın planları boşa çıxacaq. Başda Həşd-əş-Şəbi olmaqla, İraq şiə müqavimət qrupları İraqdakı vəhabilərə qarşı ciddi tədbirlər görəcək, Suriya müqavimət qrupları hərəkətə keçəcək, Yəmən zalımların öhdəsindən gəlib, gəlir və gələcək, İran daxildəki casusları kökündən təmizləyəcək, Türkiyə və Azərbaycan xalqları isə zalım hakimiyyətlərinin dəstəklədiyi vəhabilərin planlarını alt-üst edəcək, inşaallah.
Qurani-Kərim: “Onlar hiylə qururlar, Allah da tədbir görür. Allah tədbir görənlərin ən xeyirlisidir.”
- T.T.Tv Təhlil Mərkəzi
Uzun zamandır bölgədə sünni-şiə müharibəsi layihəsi hazırlanır.