“Dünya düşmənlik edən iqtisadi bloklara bölünə bilər”

Dünya iqtisadiyyatı düşmənlik edən iqtisadi bloklara parçalana bilər.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı-direktoru Kristalina Georgiyeva bildirib.

Onillərdir davam edən qlobal inteqrasiyanın inkişafından sonra dünyanın düşmənlik edən iqtisadi bloklara parçalanması ilə bağlı artan riski mövcuddur“, – deyə o qeyd edib.

BVF başçısının sözlərinə görə, belə bir ssenari hər kəs üçün, o cümlədən də Avropa əhalisi üçün zərərli olacaq.

O, cari vəziyyəti “tarixdəki təhlükəli məqam” adlandırıb və əlavə edib ki, parçalanma təhlükəsi dünya iqtisadiyyatının “tarixi standartlardan da” aşağı templərlə artdığı bir dövrdə artmaqdadır.

Xatırladaq ki, fond aprel ayında 2023-cü il üçün qlobal artımla bağlı proqnozunu 2,8 faizədək pisləşdirib, 2024-cü ildə isə artım 3 faizədək enə bilər.

Eyni zamanda da BVF-dən xəbərdarlıq edilib ki, ilin sonunadək mümkün 2 faizdən də aşağı artım riski 25%-dir