Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib, İŞİD-in 96 üzvü saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir şəhərinin 23 rayonunda əməliyyat keçirib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Əməliyyat nəticəsində İŞİD terror təşkilatının 74 üzvü şübhəli qismində saxlanılıb.

Türkiyənin daxili işlər Süleyman Soylu isə bildirib ki, eyni vaxtda Ankarada keçirilən əməliyyat nəticəsində İŞİD-in daha 22 üzvü saxlanılıb.