03 January 2023

İordaniya, Fələstin və HƏMAS İsrail təhlükəsizlik nazirinin əl-Əqsa məscidinə girməsinə dair xəbərdarlıq ediblər

 İordaniya və Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi, eləcə də HƏMAS və sair hərəkatlar İsrailin təhlükəsizlik nazirinin əl-Əqsa məscidinə girməsinin təhlükəli nəticələri barədə xəbərdarlıq ediblər.

İranda “Bəsic” üzvünün qətlində təqsirləndirilən 3 nəfərin edam hökmü ləğv edilib

İranın Ali Məhkəməsi “Bəsic” qüvvələrindən birinin qətlində iştirak etməkdə təqsirləndirilən üç nəfərin edam hökmünü ləğv edib.

Operativtv.com  APA-nın Tehran bürosuna istinadən məlumatına görə, bu üç nəfər Tehranın ətraf ərazilərindən biri olan Kərəc qəbiristanlığında etirazlar zamanı “Bəsic” qüvvələrindən birini qətlə yetirməkdə təqsirləndirilib.

İslam Dövləti Kabildəki hücumun məsuliyyətini üzərinə götürüb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, İslam Dövləti (İŞİD) bazar ertəsi Kabildə Taliban qüvvələrinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Militant qrup Telegram kanalında bildirib ki, bazar günü həyata keçirilən hücum nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

KİV: "Yəməndə 130 milyon dollarlıq limanın tikintisi planlaşdırılır"

Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Naser Şurayf danışıb.

Onun sözlərinə görə, layihə 130 milyon dollar qiymətləndirilir.

'Azərbaycan hökuməti neft və qazın bahalığını fürsətə çevirmədi'

Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamalarına görə, 2022-ci ilin 11 ayında Azərbaycanın ixracında neft və qaz sektorunun payı 92.6 faiz təşkil edib. Qalan 7.4 faiz qeyri-neft ixracatının payına düşür. Bu sektora daxil olan malların ixracı üzrə valyuta gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin 11 ayında 2.2 dəfə ataraq 33.6 milyard dollar təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycanda 10 ildən çoxdur şaxələnmədən danışılsa da, ixracda neft-qaz sektorunun payı azalmaq bilmir.

Bolton: Türkiyənin NATO-ya üzvlüyü Rusiya ilə bağlı mövqeyinə görə sual altında olmalıdır

 ABŞ-ın 45-ci prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton rəsmi Ankaranın Ukrayna münaqişəsində Rusiya əleyhinə sərt mövqe nümayiş etdirmək istəməməsi fonunda Türkiyənin 2023-cü ildə NATO-ya üzvlüyünün sual altına düşə biləcəyi barədə fikir bildirib.

Onun fikrincə, yaxın aylarda “Qərbin birliyi və qətiyyəti” həqiqətən də praktikada sınaqdan keçiriləcək.

Ali Səud Nimr inqilabının alovunu heç vaxt söndürə bilməz

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, “Liqaul Muaridə fi Cəzirətul Ərəbiyyə” təşkilatının rəhbərlərindən olan Şeyx Məhəmməd Əli Casim Fars Xəbərə verdiyi müsahibədə deyib: “Şeyx Nimrin dəyərlər və prinsiplərin bərabərləşdirilməsi planı qalib gəldi. Siyasi zəfər əldə edilməsə belə, bu dəyər və prinsipləri təsir, hərəkət və zülmə qarşı mübarizə mənbəyi kimi görən xalqlar, şübhəsiz ki, uğur qazanacaqlar.

ABŞ qanunsuz yolla ölkədən çıxardığı sarkofaqı Misirə qaytarıb

Misirdən qanunsuz yolla çıxarılaraq ABŞ-dakı muzeylərin birində nümayiş etdirilən sarkofaq Misirə qaytarılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təxminən 3000 yaşı olan sarkofaq Misirin əsilzadələrindən birinə məxsus olub.