İrana mümkün hücum büdcənin artırılmasını tələb edir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin İrana qarşı mümkün hücuma hazırlaşmaq üçün büdcəsinin artırılmasını tələb etdiyi bildirilib.

İsrail İctimai Yayım Təşkilatı (KAN) adını açıqlamadığı təhlükəsizlik mənbəsinə əsaslanaraq, mövzu ilə bağlı xəbər dərc edib. Xəbərdə, Müdafiə Nazirliyinin 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) artım tələb etdiyi, bunun da cari büdcədə 12 faiz artıma uyğun gəldiyi bildirib. Xəbərdə belə bir tələbin İrana qarşı mümkün hərbi hücuma hazırlıq və nazirliyin büdcəsində inflyasiya nəticəsində yaranan çökmə səbəbilə edildiyi bildirilib.

İsrailin baş naziri Benyamin Netanyahunun yeni qurulan hökumətinin məqsədlərindən biri də İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Keçən il bir çox İsrail rəsmiləri İranın nüvə silahına malik olacağı təqdirdə ordunun mümkün hərbi hücuma hazırlaşdığını bildirib.